“Bank Standart” talançılığı: 1 manat kredit borcu 154 manat olub – VİDEO

15.12.2016 - 10:42

Bakı sakininin başına maraqlı hadisə gəlib. Tikdiyi evin damını qurmaq üçün bankdan kredit götürməyə gedən Səlvər Hacıyevin vəziyyətinə elə bank işçiləri də gülüblər. Xezerxeber.az-ın məlumatına görə, məsələ burasındadır ki, Səlvər Hacıyev 10 il əvvəl aldığı televizoru “Bank Standart”da kreditləşdirib. Borcunu tam ödəyib qutardığını desə də, necə olubsa 1 manat borcu qalıb. 10 il ərzində isə bu borcun üzərinə faizlər gələrək 154 manata çatıb.
İndi kredit götürmək istədiyi bankdan ona deyiblər ki, gedib borcunu ödəməsəniz heç bir bankdan yeni kredit götürə bilməzsəniz. Bu dəfə isə başqa problem ortaya çıxıb. Çünki borclu olduğu “Bank Standart” artıq fəaliyyət göstərmir.
Hüquqşünas Asif Abdullayev isə deyir ki, vətəndaşın başına gələnlər gülməlidir, amma buna səbəb elə bankların özləridir. 10 il sonra borcludan ödəniş tələb etmək qanunvericilikdə nəzərdə tutulmayıb. Məhkəməyə müraciət edərsə Səlvər Hacıyevin xeyrinə qərar çıxarılacaq. Amma o da 10 il əvvəl bankın bütün ödənişlərini etdiyinə dair möhürlü sənədi alsaydı bu gün belə problemlə üzləşməzdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=84421

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728