Nadir xəstəliklər üçün dərmanlar: nazirlik 1 həftə vaxt verdi
Nadir xəstəliklərin müalicəsində istifadə edilən dərman vasitələrinin siyahısı yenidən tərtib edilə bilər. Səhiyyə Nazirliyindən virtualaz.og saytına verilən məlumata görə, bununla bağlı nazirliyin Analitik Ekspertiza Mərkəzində toplantı keçirilib.
Toplantıda bildirilib ki, “nadir xəstəliklər” ümumi əhaliyə nisbətən az sayda insanda görülən xəstəliklərdir. Bu xəstəliklərin yaratdığı problemlər nəzərə alınıb. Çox nadir xəstəlik üçün xəstəliyi tamamilə yaxşılaşdıran bir müalicə yoxdur, ancaq uyğun müalicə və tibbi baxım xəstələrin həyat keyfiyyətini artıra bilər. Bundan başqa, elm bütün nadir xəstəliklər üçün bəzi cavablar təmin edə və indiki vaxtda bioloji nümunələrin testi ilə yüzlərlə nadir xəstəliyin diaqnozu qoyula bilir. Bu xəstəliklərin bəziləri üçün arxivlərin yaradılması ilə xəstəliklərin təbii hekayələri haqqında daha çox məlumat əldə edilib.
“Yetim dərmanlar” (Orphan drugs) nadir xəstəliklərin müalicəsi, diaqnostikası və profilaktikası üçün nəzərdə tutulan, kiçik bazara sahib olduqlarından sponsorların məhsulun tədqiqat və inkişaf etdirilməsinə yatırtdıqları sərmayəni geri qazana bilməyəcəkləri normal marketinq şərtlərində sponsorların inkişaf mövzusunda istəksiz olduğu dərmanlardır. Nadir xəstəliklərdən əziyyət çəkən xəstələr müalicə imkanları və elmdəki inkişafların xaricində qala bilməz, onlar da müalicə mənasında digər xəstələrlə bərabər hüquqlara malikdir.
Mütəxəssislər tərəfindən nadir xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələrinin yeni siyahılarının tərtibatı üçün bir həftə vaxt verilib. Siyahı Səhiyyə Nazirliyinə təqdim olunacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=84558