Xəstəxana və poliklinikalarda KÜTLƏVİ İXTİSARLAR GƏLİR

21.12.2016 - 13:33

Növbəti il yanvar ayının 1-dən Dəmir Yolu xəstəxana və poliklinikalarında işçilər ixtisar ediləcək.

Dəmiryolu Poliklinikalarında çalışan əməkdaşların Publika.az-a verdiyi məlumata görə, bu gündən onlara işdən çıxarılacaqları barədə xəbərdarlıq edilib. Poliklinikaların tibbi personalına kütləvi ixtisarların aparılacağı bildirilib. Buna səbəb isə Dəmir yolu xəstəxana və poliklinikalarının özəlləşdirilməsidir.

Onlarla həkim və tibb bacısı ixtisarların necə aparılacağından, onların yeni işlə təmin edilib-edilməyəcəklərindən narahatdır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova Publika.az-a açıqlamasında ixtisarların olacağı ilə bağlı məlumatı təsdiqləyib: “2016-cı ilin birinci yarısında “Azərbaycan Dəmir Yolları” QSC-yə 2 min nəfər işçi qəbul edilib, onların içərisində tibb işçiləri də var. Lakin tibb müəssisələrinin özəlləşdirməsindən sonra tibb işçiləri arasında ixtisarlar aparmaq məcburiyyətindəyik. Çünki hər il həkim-sanitar xidmətinə görə xəstəxana və poliklinikalarımız üçün dövlət büdcəsindən vəsait ayrılırdı. Lakin 2017-ci ildən artıq “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında olan tibb müəssisələrinə vəsait ayrılmayacaq, artıq həmin qurumlar özəlləşdirilir. Buna görə də, işçilər arasında bəzi ixtisarlar aparmalıyıq. Amma bu ixtisarların kimlərə və nə qədər işçiyə şamil ediləcəyi barədə hələ ki, dəqiq məlumat yoxdur. Tibb müəssisəsində çalışan əməkdaşlara ixtisarlar olacağı ilə bağlı ümumi xəbərdarlıq edilə bilər. Lakin bu qərarın kimlərə şamil ediləcəyi dəqiq deyil. Konkret olaraq heç kimin müqaviləsinə xitam verilməyib. 2017-ci ilin yanvar ayının ilk ongünlüyündə artıq nə qədər əməkdaşın işdən azad ediləcəyi barədə dəqiq məlumat olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=84896

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728