Bakıda 1-2 mərtəbəli köhnə evlər söküləcək

22.12.2016 - 13:15

SSRİ dövründə Bakıda “Xruşovka” üslubunda inşa edilən yaşayış binaları müəyyən müddətdən sonra sökülə bilər.

Bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib.

“Bakıda pilot layihələr çərçivəsində insanların yaşayış şəraitinin yaxşılaşdırılması və şəhərin görünüşünə ciddi xələl gətirən binaların köçürülməsi nəzərdə tutulub. Bu, əsasən 1-2 mərtəbəli binalardır. “Xruşovka” üslubunda tikilən yaşayış binaları isə müəyyən müddətdən sonra sökülə bilər. Lakin pilot layihə çərçivəsində ilk olaraq həyat üçün təhlükəli olan azmərtəbəli binaların köçürülməsi planlaşdırılır. Bu proses hazırda Bakının demək olar ki, bütün rayonlarında həyata keçirilir”, – deyə İ.İsbatov bildirib. (Report)

Short URL: http://www.cumhuriyyet.net/?p=84999

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728