Rövşənin qətlini o sifariş edib – Sensasiya

05.01.2017 - 11:44

Rəşad İsmayılov (Rəşad Gəncinski) qanqsterlər arasında Rövşən Canıyevin onun əmri ilə öldürüldüyünü bildirib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. İsmayılov bunun vasitəsilə Moskvada öldürülən yaxın dostu Canpolad Şamiloğlunun qisasını aldığını bildirib.
Qeyd edək ki, Rövşən Lənkəranski 2016-cı il avqustun 18-də İstanbulda qətlə yetirilib. Onun ölüm əmrinin kim tərəfindən verilməsi hələ də qaranlıq olaraq qalır. Bəzi mətbuat orqanları Lənkəranskinin öldürülməsi haqqında əmrin rus mafiyasının lideri olan Zaxariya Kalaşov tərəfindən verildiyi haqqında informasiya yayıb.
Lənkəranski həmçinin Canpolad Şamiloğlunun da qətlinin sifarişçisi sayılır. Onlar arasında qarşıdurmanın Moskvadakı “göy bazarı” ucbatından yarandığı və Lənkəranskinin iki killerinin Şamiloğlunu qətlə yetirdiyi bildirilir. Rəşad Gəncinski rus mafiyasının mərhum lideri Ded Xasanın klanına aiddir. Bir müddət öncə Rusiya mətbuatı Rövşən Lənkəranskidən sonra yaranan boşluğu doldurmaq üçün Nadir Səlifov (Lotu Quli) və Vaqif Süleymanovun (Vaqif Bakinski) birləşdiyi haqqında informasiya yaymışdı. Mətbuat az sonra bu ittifaqa Rəşad İsmayılovun da qoşulduğunu bildirmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=85282

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728