Bir müsəlman arvadını niyə və necə döyməlidir: dini şərh – VİDEO

05.01.2017 - 23:04

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Səudiyyə Ərəbistanında ailə terapevti kimi məşhur olan Xaled əl Səqabi ərin arvadını döyməsi ilə bağlı məsləhətlərini verib. Onun sözlərinə görə, müsəlman ərin arvadını qəddarlıqla, vəhşicəsinə, amansızlıqla döyməsi yolverilməzdir.
“Ər arvadını ən uzağı cib dəsmalı, ya da diş təmizləyən çöplə vura bilər. Arvadı şillələmək, yumruqlamaq yolverilməzdir. Mömin ər arvadının səhvini düzəltmək, yanlışını aradan qaldırmaq üçün üç mərhələdən ibarət prosesi gerçəkləşdirməlidir. Ər arvadla əvvəlcə danışmalı, ona səhvini başa salmalıdır. Sonra düşünmək və islah olunmaq üçün vaxt verməlidir. Qadın yenə inad edib səhvini təkrarlarsa, onda ər onu döyə bilər”, – əl Səqabi deyib.
Xaled əl Səqabinin dediyinə görə, qadınla kişi arasında bərabərlik “Qərbin uydurması”dır və “normal cəmiyyət, normal ailə üçün problemdir”. Əl Səqabinin çıxışı bu ilin əvvəlində çəkilsə də, MEMRİ (The Middle East Media Research Institute) onu indi yayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=85294

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728