Azərbaycanlıların “O səs Türkiyə”dən uzaqlaşdırılmasının ilginc səbəbi: qalmaqal əvəz çıxma – VİDEO, FOTO

09.01.2017 - 02:46
“O səs Türkiyə”-də çıxışları ilə hər kəsi özünə heyran edən Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev, Gülşən İbadova müsabiqədən uzaqlaşdırılıb. Həmyerlimiz Mehman Tağıyev isə yarışda iştirakını davam etdirəcək.
Bu haqda əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə məlumat yayıb: “Dəyərli jurnaistlər və tamaşaçılarımız, sizi nə qədər çox sevdiyimi bilirsiniz.  Kiçik bir iradımı qəbul edin. İrad bildirəndə hər şeyi kökündən kəsib atmayın, səhvini düzəltmək şansı olanları söz ilə öldürməyin. Türkiyənini “O səs Türkiyə” müsabiqəsində mahnılarımızın müəllifləri qeyd edilməyib və anonim yazılıb. O zaman doğru olaraq yazırsınız ki, bu addım qəlbinizə toxunur. Bu hal məni də narahat edib və dəfələrlə qəlbim qırılıb. Axı niyə? Onlar bizim qardaşımızdır axı.
Amma, qurban sizə irad bildirəndə elə edək ki, elə başa salaq ki, bu hal bir də təkrarlanmasın. Amma siz  hər şeyi kökündən elə kəsirsniz ki, əvəzi istedadlı gənclərimizdən çıxır.  Son vaxtlar mətbuatımızda o yarışma ilə bağlı o qədər tənqidi fikirlər yazıldı ki, nəticəsi xoş olmadı. Hazırda “O səs Türkiyə”-dən dəyərli səs sahibləri Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev və digər isteadadlı iştiakçılar uzaqlaşdırıldı. Halbuki, münsiflər yalvararaq onları komandalarında körmək istədiklərini bildirmişdilər. Düşünürəm ki, onlar siz yazdığınız haqlı iradların əvəzini istedadlı gənclərdən çıxdılar. Canları sağ olsun. Təki Türkiyə yaşasın, başı bəla görməsin. Təki dərd yarışma dərdi olsun. Türkiyə nə olursa, olsun, Azərbaycan sizinlədir”.
İtaliyadan “O səs Türkiyə” yarışmasına qatılan, ifası ilə münsifləri heyran qoyan Nofəl Aslanov musavat.com-a verdiyi açıqlamada hələ də nə baş verdiyini anlamadığını bildirib: “Bizim layihədən gözlənilmədən uzaqlaşdırılmağımız həm “Acun media”, həm də müğənni Hadisənin tələbələri üçün çox anı oldu. Proqnoz bu idi ki, mən finala qədər gedim. Amma sonra gördük ki, belə deyil. Hələ də elə bilirəm ki, yuxudayam. Təsəvvür edin, Hadisənin qrupunda 84-cü adam idim. Səhər saat 10-dan, axşam saat 10-a qədər məşqdə oldum. Amma məni canlı efirə buraxmadılar. Çünki canlı efirə çıxsaydım, onlar məni çətin ki, kənarlaşdıra bilərdilər”.
Nofəl Aslanov iştirakçıların internet resuslarındakı videolarının silinməsini təsdiqləyib: “Mənim ifamla bağlı olan videoya 3 gün ərzində 200 mindən çox baxış olmuşdu. Həmin video silinib. Bu məsələ hələ ki, mənim üçün qaranlıq qalıb. Olanlar barəsində isə bizə heç bir izahat verməyiblər”.
Vokal ifası ilə “O səs Türkiyə” də möhtəşəm performans göstərən Gülşən İbadova azərbaycanı iştirakçəlara qarşı haqsızlıq edildiyini deyib: “Hələ ilk ifamda mənim mikrofonuma müdaxilə olunmuşdu. Ritm həmin ritm deyildi. Qəsdən elə sürətli ritm verilmişdi ki, mahnı heç 30 saniyə çəkməmişdi. İki dəqiqəlik mahnın 30 saniyəyə necə bitmişdi bilməmişdim. Biz çox psixoloji sarsıntı keçirirdik, ona görə ki, “Youtube”da baxış sayına görə rekord qıran videolarımızı “Acun media” silirdi. Bütün azərbaycanlıları bir qrupa salıb bizi qəsdən kənarlaşdırdılar. Səhnədən uzaqlaşdırılanda kənardan elə görünürdük ki, sanki biz onlara düşmənik. Mən səhnədə onlara öz sözümü demişəm. Yəqin ki, o hissəni videodan montaj edib kəsərlər. Bizi pis göstərmək üçün əllərindən gələni etdilər. Səhnədə qarşılanmaqları, yola salmaqları, bütün davranışları bizə qarşı idi. Bizim səsimizdən şou edib, özlərinə reytinq qazanıb, sonda bizi bu şəkildə layihədən kənarlaşdırdılar”.
Müsabiqədən uzaqlaşdırılan iştirakçıların çıxışlarını təqdim edirik: (Musavat.com)






https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85351

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2017
BE ÇA Ç CA C Ş B
« Dek    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031