Bu günün ulduz falı – 10 yanvar

10.01.2017 - 00:05

Qoç – təzyiq, narazılıq hissləri keçirəcəksiniz. Hansısa önəmli məqamı nəzərdən qaçırdığınızı, yad ünsürlərin artmağa başladığını duyacaqsınız.

Buğa – köhnəlmiş təmaslar və əlaqələrdən qurtulun. Xüsusilə də itirilmiş illüziyalar və imkanlarla bağlı gözləntilərlə vidalaşın. Alış-verişi axşama saxlayın, ya da sabaha təxirə salın.

Əkizlər – rəvan olmayan, həyəcanlar və emosiyalarla dolu gündür. Təxminlənməyən, qəfil hadisələrin sayını minimuma salın. Riskə getməyin, oraqnizminiz üçün ifrat yük ola biləcək heç nə etməyin.

Xərçəng – təmaslar zamanı təmkinli və sakit olun. Əks təqdirdə münaqişələr qaçılmazdır. İctimai fəallığı gərəkli minimum səviyyəsinə endirin. İşlə məşğul olun. Fiziki iş daha məsləhətdir. Ətrafınızda qayda yaradın.

Şir – əhvalınız daha nikbin olacaq. Yeni hadisəyə və görüşə hazırlaşın. Tənhalıq, bir qədər tək qalmaq faydalıdır. Tənha olduğunuz saatları zənginləşdirə bilərsiniz.

Qız –  planların pozulmasını emosional qarşılamayın. Kimsə diqqətinizi yayındıra bilər. Günün ilk yarısında dostlarla planlaşdırılmamış görüş və ya tanışlarla problemin həlli mümkündür.

Tərəzi – təcili çözüm tələb edən çətinlik yarana bilər. Yaxın ətrafınızdakı insanlarla rəvan, sakit münasibətlər qurun. Belə olarsa, gün müşkül keçməyəcək.

Əqrəb – fikrinizi ən önəmli məsələnin həllinə yönəldin, ikinci dərəcəli detallara diqqət ayırmayın. Bacardığınızdan artıq iş görməyə çalışamyın. Pozitiv əhval-ruhiyyənizi pozmayın.

Oxatan – səhhət üçün problemli gündür. Yuxusuz qalmayın, qan təzyiqinizə fikrir verin. Xarici görkəminizə daha çox diqqət ayırın. Valideynlərlə əlaqə saxlayın. Onların sizin dəstək, qayğı və diqqətinizə ehtiyacları var.

Oğlaq – yaxın ətrafınızdakı insanlar planlarınız və ideyalarınızın hamısını dəstəkləməyəcəklər. Tələsməyin. Emosionallığınız və çılğınlığınız bu gün münasibətlərin harmoniyasını poza bilər.

Dolça – hadisələrin belə məcrası bəzi şərtlərin aydınlaşdırılması üçün mühümdür. İtki verə biləcəyiniz tədbirlərə qatılmayın. Hadisələrə müdaxilə etməsəniz gün yaxşı alınacaq.

Balıqlar – gün ərzində yaşanacaq uğurlar və uğursuzluqlar əsas yolun göstəricisidir. Məqsədə doğru necə hərəkət etdiyinizi dəqiqləşdirə bilərsiniz. Seçim etməklə bağlı situasiya yaranarsa, itkilərlə qarşılaşa bilərsiniz.(milli.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85354

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2017
BE ÇA Ç CA C Ş B
« İyn    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31