Azərbaycanda ilginc sevgi dramı: Qoşulub qaçan gənclər valideynlərinə üz tutdu-VİDEO

10.01.2017 - 00:57

5 ilə yaxındır bir-birlərini sevdiklərini deyən 23 yaşlı oğlan və qız qoşulub qaçıblar. Gənc qız atasının onu məcburən başqa oğlana ərə vermək istədiyi üçün belə etdiyini deyir. Oğlanın valideynləri isə qız evinin təzyiqi ilə üzləşiblər. Onlar qızlarının zorla qaçırıldığını iddia edir və polisə müraciət ediblər. Gənclər isə video çəkərək internetə yerləşdiriblər ki, zorla qaçmayıb və ya qaçırılmayıblar. Bir neçə gündür gündəmdə olan hadisənin təfərrüatlarını təqdim edirik.
Ağcabədi sakini 23 yaşlı iki gəncin məhəbbəti onları dərdə salıb. Qızın valideynlərinin onu istəmədiyi oğlana ərə vermək təşəbbüsünə görə 5 ilə yaxındır bir birlərini sevən gənclər qoşulub qaçıblar. Məmmədovlar ailəsində narazılıq oğlanın valideynləri ilə ilkin razılıqdan sonra başlayıb. Atası oğlan evinə “hə” dedikdən sonra Günay Məmmədova Elnur Əhmədova qoşulub qaçsa da xoşbəxt ola bilmirlər. Gənclər bildirir ki, qızın əmisi və dayısı onlara təzyiq göstərir, hədə-qorxu gəlir və evə qayıtmasını tələb edirlər. Üstəlik oğlanın valideynlərini də incidirlər.
Olduqları yerləri valideynlərinə də bildirməyən gənclər internetə yerləşdirdikləri video-müraciətdə belə danışıblar. Elnurun qardaşı Rahib Əhmədov da onların harada olduğunu bilmədiklərini deyir. Onun sözlərinə görə, Günayın ailəsi dayanmadan onların evlərinə gəlib valideynlərinə hədə-qorxu gəlir.
Ancaq qızın video müaciətinə baxmayaraq atası Şahin Məmmədov onun öz istəyi ilə qaçmasına inanmır və buna görə də polisə şikayət edib. Onun sözlərinə görə, əgər qızı qohumlarında kim iləsə görüşüb özünün öz razılığı ilə qaçdığını etiraf etsə, məsələ ilə bağlı şikayəti geri götürəcək. Hazırda isə onlar qızın zorla qaçırıldığını düşünürlər.
Qaçırılma hadisəsi ilə bağlı olaraq Ağcabədi rayonunda əməliyyat axtarış tədbirləri həyata keçirilir. Qız yeniyetmə olmadığı üçün özü polis bölməsinə müraciət edərək həqiqətən öz razılığı ilə qaçdığını etiraf etsə, oğlan cinayət məsuliyyətindən azad olunacaq. Əks halda oğlan barəsində cinayət işi başlanılacaq.
Mvzu ilə bağlı Xəzər Xəbərin videomaterialını təqdim edirik:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85364

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2017
BE ÇA Ç CA C Ş B
« Dek    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031