Azərbaycanda 8 dərəcəyədək şaxta olacaq
Yanvarın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentdən virtualaz.org-a verilən məlumata görə, axşam saatlarında yağış yağacağı, cənub küləyinin əsəcəyi gözlənilir.
Abşeron yarımadasında havanın temperaturu gecə 1-4, gündüz 7-10, Bakıda isə gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Gülnar
Short URL: http://www.cumhuriyyet.net/?p=85425