Turizm şirkətlərinə yeni tələblər qoyulur – Video

15.01.2017 - 09:07
Azərbaycanda turistlərin təhlükəsizliyi baxımından yeni tələblər qoyulur. Yeni hazırlanan “Turizm haqqında” qanun layihəsinə əsasən, turizm təşkilatçıları bu tələblərə riayət etməlidirlər.
Xəzər xəbər məlumat verir ki, şirkətlər xaricə turist yola salarkən onlara mütləq qaydada bəzi məlumatları verməli olacaqlar. Söhbət səyahət zamanı turistin rastlaşa biləcəyi, həyat və sağlamlığıqlarına təhlükə ola biləcək bütün vəziyyətlərdən gedir. Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edir ki, bu məsələnin qanunla tənzimlənməsi çox əhəmiyyətlidir.
Müzəffər Ağakərimov bu addımı xarici ölkələrdə xüsusilə terror hallarının artması ilə əlaqədar olduğunu qeyd edir. Başqa sözlə, vətəndaşlar xaricə gedərkən başına gələ biləcəklərdən xəbərdar və buna hazır olmalıdırlar.
Turizm şirkətləri turistə lazımı informasiyaları həm şifahi, həm də yazılı formada təqdim edəcək. Bu məlumatlar ekstremal vəziyyətlərdən çıxış yolları olacaq.
Tələblərə əsasən turizm təşkilatçıları səyahət zamanı baş verən neqativ hal haqqında dərhl turistin qohumlarına da xəbər verməli olacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85438

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930