ŞİRVANDA YOL POLİSİ ÖZBAŞINALIĞI – Vətəndaşı təhqir edib döydülər + VİDEO

15.01.2017 - 10:14
Hadisə şahidlərinin verdiyi məlumata görə, yol polisi mayor Məmmədsadıq Nağıyev VAZ 2107 markalı 90 XO 607 nömrəli avtomobili reyd zamanı saxlayıb.

Sürücünün yanında olan sərnişin Anar Məmmədovun yaranan mübahisəni telefonla çəkməsi gərginliyə səbəb olub.

Nəticədə mübahisə böyüyüb və polislərin köməyi ilə sürücü və sərnişin Şirvan Polis İdarəsinə gətirilib.

Polis Şöbəsinin həyətində isə sərnişin Anar Məmmədov mayor Məmmədsadıq Nağıyev tərəfindən təhqir edilərək döyülüb.

Daha sonra sərnişin müvəqqəti saxlama təcridxanasına salınıb.

Aldığımız digər məlumata görə, saxlanılan sürücü Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan Şirvan Telemexanika zavodunun direktoru Usubağa Məmədovun oğludur.

Aşağıda yol polisi mayoru Məmmədsadıq Nağıyevin polis şöbəsində vətəndaşlarla hansı təhqiredici formada danışdığını əks etdirən video görüntünü də təqdim edirik.

Qaynarinfo.az

Short URL: http://www.cumhuriyyet.net/?p=85440

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728