”Məhəmməd Peyğəmbəri yəhudi qadın zəhərləyib” – “Huffington Post”

15.01.2017 - 11:26
Məhəmməd Peyğəmbəri(s) yəhudi qadının zəhərləməsi barədə yazan “Huffington Post” antisemitizmdə suçlandı

”Məhəmməd Peyğəmbəri yəhudi qadın zəhərləyib”.
Moderator.az İsrail mediasına istinadən belə sensasion xəbəri verir. Ötən il noyabrın 20-də  ABŞ-ın populyar nəşrlərindən olan “Huffington Post”un ərəbdilli versiyasının bu başlıqla verdiyi məqalə İsrail ictimaiyyəti və bir sıra hüquq-müdafiə cəmiyyətləri tərəfindən sərt tənqidə məruz qalıb. Anti-diffamasiya Liqası(ALQ)  tanınmış “The Huffington Post” internet nəşrini bloqlarından birində dərc olunmuş məlumatı silməyə çağırıb. Həmin məqalənin müəllifi  Məhəmməd Peyğəmbərin(s)  bir yəhudi qadının onun xörəyinə arsen(“mışyak”) zəhəri qatmasından zəhərləndiyini yazır.
Qeyd edilir ki, ADL-in press-relizində Amerika nəşrindən  antisemit məqalənin nəşr olunduğu gündən, yəni noyabrın 20-dən  başlayaraq silinməsini tələb edir.  ADL-in direktoru Conatan Qrinbalt yazır:”Bizi antisemit məqalənin “The Huffington Post”un redaksiya nəzarətindən keçməsi ilə yanaşı, xəbərdarlıqlarımıza əhəmiyyət verilməməsi də narahat edir. Biz “The Huffington Post”dan  bu təhqiredici yazının təcili olaraq silinməsini və ərəb saytının antisemitizm  və yəhudilərə qarşı qızışıdrıcılıqdan əl çəkməsi üçün tədbirlər görülməsini tələb edir.
Xəbərdə xatırladılır ki, “Huffington Post”un ərəbdilli versiyası dekabr ayında vəfat etmiş 90-cı illərin pop-ulduzu Corc Mayklın “homoseksual meyillərinə” xüsusi diqqət ayırmasına görə də tənqidlərə məruz qalıb.
Sultan Laçın
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85445

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930