Bacısını oğlanla gördü, dalaşdı – 14 yaşlı məktəblinin qətlində şok detal

15.01.2017 - 12:49
Dünən Bərdə rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı yeni məqamlar üzə çıxıb. Moderator.az lent.az-a istinadən xəbər verir ki, Mirzəcəfərli kəndi ərazisində 18 yaşlı Tapdıq Mustafalının 14 yaşlı Həsrət Mirzəməmmədovu otlaq sahəsi üstündə deyil, başqa səbəbdən qətlə yetirməsi məlum olub.
Araşdırmalar zamanı müəyyən edilib ki, H.Mirzəmmədov hadisədən bir neçə gün əvvəl Tapdıqı bacısı ilə görüb. O, özündən 4 yaş böyük olan T.Mustafalıdan bir də bacısına yaxın durmamasını tələb edib. Bu səbəbdən onlar arasında dava-dalaş baş verib. 14 yaşlı oğlanın başına zərbələr endirib onu öldürən T.Mustafalı meyiti kanala ataraq qaçıb. Çox keçmədən polis əməkdaşları onu yaxalayıb.
Qeyd edək ki, ilkin məlumatda Tapdıq Mustafalı ilə Həsrət Mirzəməmmədovun otlaq sahəsinə görə dalaşdığı bildirilirdi.
Onu da qeyd edək ki, orta məktəbin 7-ci sinif şagirdi olan Həsrət xeyli vaxt imiş ki, dərsə getmirmiş və hadisə günü də məktəbə yollanmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=85464

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728