Məcburi köçkünlər üçün güzəşt limiti ləğv olundu

16.01.2017 - 13:21

Bir neçə gündür ki, məcburi köçkünlərin kommunal xidmətləri üzrə tətbiq edilən xüsusi limitin ləğv edilməsi ilə bağlı məsələ gündəmdə müzakirə olunur.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələyə “Qaçqınkom” un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov aydınlıq gətirmişdi. O bildirmişdi ki, limitin ləğv edilməsi ilə bağlı hər hansı qərar yoxdur.

Bu gün isə sözügedən sayta oxuculardan biri “Azərsu” ASC tərəfindən vurulmuş elanla bağlı müraciət edib. Elanda bildirilir ki, 2017- ci ilin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Su və kanalizasiya haqqının ödənilməsi bölməsi” üzrə Qaçqınların və Məcburi Köçüknlərin İşləri üzrə Dövlət Komitəsinə məcburi köçkünlərin su və kanalizasiya xidmət haqqının mərkəzləşdirilmiş qaydada ödənişinin nəzərdə tutulmaması ilə əlaqədar 01.01.2017-ci il tarixindən bütün proqramlar üzrə məcburi köçkünlərə verilən güzəştlər( limitlər) ləğv edilib .

Məsələni aydınlaşdırmaq üçün “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxlanılıb. A.Cəbrayıllı qeyd edib ki, elanda göstərildiyi kimi hər hansı limitin ləğvindən söhbət getmir: “Ancaq elanın yuxarı hissəsində qeyd olunduğu kimi, məcburi köçkünlərin su və kanalizasiya xidmət haqqının mərkəzləşdirilmiş qaydada ödənilməsi məsələsi ləğv olunub. Belə ki, bu günə kimi məcburi köçkünlərin su və kanalizasiya haqqı “Qaçqınkom” tərəfindən “Azərsu”ya ödənilirdi. Bundan sonra isə həmin vəsait pul şəklində büdcədən köçkünlərin öz hesablarına ödəniləcək. Köçkünlər həmin limitlər üzrə ödəniş haqqlarını özləri “Azərsu”ya ödəyəcəklər. Yəni güzəştli limitin ləğvindən söhbət getmir”.

“Azəriqaz” Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev də sayta açıqlamasında bildirib ki, qərar öz təsdiqini tapdıqdan sonra artıq məcburi köçkünlər xidmət haqqını özləri ödəyəcəklər.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bildirib ki, bununla bağlı onlarda məlumat yoxdur: “Hazırda ödənişlər əvvəlki qaydada həyata keçirilir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85546

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930