Göydən başımıza qızıl yağacaq, ikinci Ay peyda olacaq – 6 il sonra DÜNYANI NƏ GÖZLƏYİR?

18.01.2017 - 19:34

NASA Günəş Sistemindəki bir asteroiddə olan qiymətli maddələrin dünya iqtisadiyyatının 137 min qatı qədər dəyərli olduğunu aşkarlayıb.

Publika.az xəbər verir ki, Yupiter və Mars planetlərinin arasında olan asteroiddə 10 katrilyon dollar dəyərində nikel, dəmir və qızıl kimi maddələr var. Dünya iqtisadiyyatının ümumi dəyəri isə 73,7 trilyon dollardır.

NASA 200 kilometr həcmində olan asteroidə 2023-cü ildə kosmik gəmi göndərmək istəyir. Lakin hələlik asteroiddəki dəyərli maddələrin yerə necə gətiriləcəyinin yolu tapılmayıb. Asteroiddəki maddələrin Yerə gətirilməsi dünya iqtisadiyyatı üçün xeyirli ola bilər. Lakin bunun kosmik mədənçiliyin yayılmasına və kosmosa səyahətlərin dəyərinin düşməsinə səbəb olacağı da istisna edilmir.

İndiyə qədər Yerə yalnız bir dəfə asteroiddən material gətirilib. Yaponiya Kosmik Agentliyinin “Hayabusa” adlı kosmik gəmisi 2010-cu ildə “25143 itokava” asteroidindən bir neçə parça toz gətirib.

Alimlər bu işi asanlaşdırmaq üçün asteroidləri solar-elektrik ion motorları ilə Yerə yaxınlaşdırmağı düşünür. Bu vasitə ilə göy daşlarından Yerin yaxınlığında böyük bir qaya düzəldilməsi planlaşdırılır. Bu, bir növ ikinci Ay olacaq.

Asif

Short URL: http://www.cumhuriyyet.net/?p=85719

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728