İlhamla Fərizəyə “Sədaqət” xalçası toxundu

20.01.2017 - 10:56

Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, tədbirdə Səməd Təbrizlinin Qanlı Yanvar şəhidləri İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr etdiyi “Sədaqət” xalçasının təqdimatı olub.
Xalçaçı bu işi ailəsinin köməyi və yaxından dəstəyi ilə ərsəyə gətirdiyini deyib: “İlham-Fərizə” xalçası üzərində uzun müddət iş gedib. Xalçanın rəssamlıq işi 3 ay, toxunması 7 ay çəkib. Toxunma zamanı 15 fərqli qayçıdan istifadə edilib ki, bu da xalçada rəsmlərin qabarıq forma almasına kömək edib. Bu işə 2 ay vaxt sərf edilib. Toxunuş üçün 182 yun sap boyansa da, qarışdırılan rənglərlə birgə xalçada 290-dan çox rəngdən istifadə olunub. Ölçüsü 1.05×1.55 metr olan xalçada 100 kvadrat sm-də 532 ilmə var. Bütün xalçada isə 8 yüz min ilmə yer alıb. Uzun illər qalmasını təmin etmək üçün xalçanın ərişləri ipəkdəndir”.
Müəllif xalçanı yalnız İlham və Fərizənin deyil, bütün şəhidlərin müqəddəs ruhuna ərməğan hazırladığını diqqətə çatdırıb.
Səməd Təbrizli əmin olduğunu bildirib ki, gələcək nəsillər xalçanı Azərbaycan tarixinin nişanəsi kimi muzeylərdə görəcək və bu sənət əsəri onların mənəvi tərbiyəsində böyük rol oynayacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=85851

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728