Cəlilabadlı müəllimdən nazirə açıq məktub

20.01.2017 - 20:27

Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbin müəllimi Etiraf Vəliyeva təhsil naziri Mikayıl Cabbarova açıq məktub ünvanlayıb. Məktubu olduğu kimi təqdim edirik.

Hörmətli cənab nazir, cari dərs ilinin birinci yarım ili artıq arxada qalıb. Lakin işlədiyimiz məktəbdən sentyabr ayından bu günə qədər ünvanınıza yazılmış saysız-hesabsız məktub və telaqramlara hələ də cavab yoxdur. Məhz bu səbəbdən artıq sizə açıq məktub yazmaq qərarına gəldim.

Ötən tədris ilinin sonunda məktəbimizə pedaqoji təhsili olmayan Natavan Şıxova təyin olunanda kollektivin böyük hissəsi onun səriştəsizliyini əsas gətirərək narazılığını bildirsə də, Rayon Təhsil Şöbəsi bu etiraza məhəl qoymadan onu məktəbimizə direktor təyin etdi. Sentyabr ayı gələndə isə direktor Natavan Şıxova bizi çağıraraq uşaqlardan “odun pulu”, “tims pulu” və sinif jurnalına pul yığmağı tələb etdi.

Biz buna “valideyinlərin şikayət edəcəyindən qorxuruq” deyib edə bilməyəcəyimizi desək də, direktor bizi hədələməyə başladı. Qanunsuzluqla bağlı bir çox yerlərə hətta prokurorluğa , korrupsiyaya qarşı mübarizə idarəsinə də şikayətlər etdik. Cəlilabad rayon prokurorluğundan gələn şəxs əvvəlcə obyektiv araşdırma aparsa da, sonradan nədənsə həmin izahat verən müəllimləri məktəbə çağıraraq izahatları dəyişməyə məcbur etdilər. Dövlət qanunlarına inanaraq şikayət etdiyimizə görə direktor özünə yaxın olan bir iki qadın müəllimi toplayıb bizi müəllim adına yaraşmayan, etik davranış qaydalarından tamamilə uzaq, əxlaqa zidd ifadələrlə təhqir etdirməyə başladı. Ona pul vermədiyimizə görə şikayət edən müəllimlərin əmək haqqından qeyri-qanuni olaraq pul tutdular. İlin ən yaxşı məktəbi olan məktəbimiz sözün əsl mənasında xarabalığa çevrilib.

Valideynlərdən pul yığaraq odun – yanacaq alınması bir yana, odunu şagirdə doğradıb heç bir təhlükəsizlik qaydalarına riayət edilmədən elə şagirdlərin özlərinə sobanı yandırtdırırlar. Anti-sanitariya baş alıb gedir. Məktəbin ərazisinə qonşuluqda olan evlərdən kanalizasiya suları və zibillər tökülür. Şagirdlər üçün ayaqyolu yoxdur. Toz-torpaq içərisində olan siniflər, şagirdlər pul verməsələr, təmizlənmir. Soba yandırmaq üçün mövsümi işçi – “ocaqçı” və otuz beş xadiməçi götürsələr də onların iyirmisi məktəbə gəlmir və onların maaş kartları direktorun cibindədir. Bunu hətta Natavan Şıxova da dolayısıyla təsdiq edərək bilrimişdi ki, maaş kartları onda yox, RTŞ müdiri Elminaz Nadirovadadır. Bir iki sinif istisna olmaqla bütün siniflərdəki partalar, stol-stullar sınıqdır və bu üzdən siniflərdə şagirdlər üç-üç otururlar. Son iki aydır məktəbdəki siniflərin çoxunda istilik yoxdur .

Məktəbdə dərs keçmək və işləmək üçün heç bir şərait qalmamışdır. Tərbiyə işi demək olar aparılmır. Dəhlizdəki səslərdən sinifdə dərs demək olmur. Şagirdlər arasında baş verən bıçaqlanma hadisəsi məktəb direktoru tərəfindən gizlədilmişdi. Rayon Təhsil rəhbərliyinə edilən şikayətlər isə qulaqardına vurulur. Məktəbin həmkarlar təşkilatının sədri müddətli müqavilə ilə işlədiyindən heç bir problemin həllində müəllimlərə kömək etmir. Məktəbdə adı və jurnalı olub özü olmayan siniflər və eyni zamanda müəllimlər var. Bütün bunlardan isə rəsmi qaydada dəfələrlə sizə və hətta prokurorluğa müraciət edilməsinə baxmayaraq heç bir tədbir görülmür. Təhsilə, millətin gələcəyinə bu qədər biganə olmaq olmaz axı…

Ümüd edirəm ki, saytlar vasitəilə etdiyim bu müraciətin sizə çatmasının qarşısını ala bilməyəcəklər və siz bu barədə lazımi tədbir görəcəksiniz.

azadliq.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85909

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930