Cahangir Əsgərov qəzəbə gəldi… – ÖZƏL

21.01.2017 - 12:49
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) 2017-ci il yanvar ayının 12-dən etibarən Gəncəyə təyyarə reyslərinin ləğv edildiyini açıqlaması hakimiyyətin yüksək dairələrində də narazılıqla qarşılanıb. Bu səbəbdən də AZAL “şef”i Cahangir Əsgərova bu qərarını yenidən gözdən keçirməsi tapşırılıb. Məlumat Qaynarinfo.Az-a məlumatlı mənbədən daxil olub.
“Hələ 2015-ci ilin noyabrında AZAL Gəncəyə təyyarə reyslərini ləğv etmək qərarı vermişdi. Amma sonradan bu qərardan vaz keçildi. Həmin vaxt da buna səbəb hakimiyyətin yuxarı dairələrindən Cahangir Əsgərovun bu qərarına mənfi təpki verilməsi olmuşdu. 2017-ci ilin əvvəllərində AZAL-ın yenidən belə bir addım atmasını bu mənada anlamaq mümkün deyil”, – deyə saytımıza daxil olan xəbərdə deyilir.

Xatırladaq ki, bir neçə gün əvvəl məlum olub ki, “Azərbaycan Hava Yolları” QSC Bakı-Gəncə aviareysini bağlayıb. Bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı-Gəncə reysi kommersiya baxımından səmərəli olmadığından yanvarın 9-dan etibarən bağlanıb.

Qeyd edək ki, Bakı-Gəncə reysi üzrə uçuşlar hər gün həyata keçirilirdi.

Bu qərar açıqlandıqdan sonra ictimaiyyət tərəfindən etirazla qarşılanıb.

Sıravi vətəndaşlardan tutmuş bir sıra indiki və keçmiş millət vəkilləri məlum addımına görə AZAL-ın ünvanına kəskin narazılığını bildirir.

Əksəriyyət ölkənin ikinci böyük şəhərinə təyyarə reysinin ləğvini AZAL-ın yarıtmaz, monopolist fəaliyyətinin məntiqi sonluğu hesab edir.

Maraqlıdır ki, Cahangir Əsgərovun rəhbərlik etdiyi şirkət sözügedən qərarı açıqladıqdan sonra ünvanına səslənən sərt tənqidlər və ağır ittihamlar qarşısında susqunluq nümayiş etdirir. İstisna olunmur ki, bu, məhz həmin qərarın hökumət daxilində də etirazlar doğurması və ona görə də AZAL rəhbərliyinin əks mövqe sərgiləməkdən çəkinməsi ilə bağlıdır.

Saytımıza daxil olan məlumatda gələn ayın ortalarınadək Gəncəyə uçuşların yenidən bərpa edilməsinin kifayət qədər yüksək bir ehtimal olduğu vurğulanır.

İlkin Hüseynli
Qaynarinfo.Az

Short URL: http://www.cumhuriyyet.net/?p=85964

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728