Müqəddəs kitablardan dünya üçün 2017-ci il proqnozu: Dəhşətli xəstəlik, bahalaşma, qarışıqlıq…

22.01.2017 - 01:16

İslam dininə görə mütləq qeybi mütləq bilən Allahdır. Ancaq İslam alimi Mühyiddin əl Ərəbi qeybi iki yerə bölür. Qeybi kübra, ancaq Allahın bildiyi qeyb və Qeybi suğra, kiçik qeyb ki, bunu bəzi agah insanlar da bilə bilər. Necə ki, tarixdə də vardır ki, bəzi imamlar və övliyalar bu qeybdən xəbərdar olublar. Habelə qeybi bilmək iki cəhətdən mümkündür, bunlardan biri Allahın lütfü kəraməti və inayəti nəticəsindədir ki, bunu ancaq salehlərə nəsib edər. İkincisi də elm və müəyyən metodlarladır ki, bunu alim də, cahil də öyrənib istifadə, hətta sui-istifadə edər. 

Qeyb haqqında qədim mənbələrdə qeyd olunubdur. Bir çox hədislər də vardır. Məsələn, Əhməd əl Buninin “Şəmsul Maarif” kitabinda Peyğəmbərdən İbn Abbasın belə bir hədisi nəql olunur ki, dünyanın yaşı 7 min ildir. Həmçinin axır zamana aid bir çox hadisələrin xronoloji baş vermə ardıcıllığı əksini tapıbdır. Bəzi qədim mənbələrə, müqəddəs kitablara və hesablamalara əsasən 2017-ci ilin necə olacağı barədə müyyən çıxarışlar vardır ki, siz oxuculara təqdim edirəm. Qeyd edim ki, bu deyilən proqnozlar dini mənbələrə əsaslanır və doğruluğunu Allah bilir.

1.Yayın çox isti keçəcəyini bildirilir.
2.İl mülayim olacaqdır, başlanğıcı səhih və yaxşı, sonu bir az çətin olacaqdır.
3.Kənd təsərrüfati üçün faydalı olacaqdır. Əkinlər bol məhsul verəcəkdir.
4.Qoyunçuluğun inkişafı üçün çox əlverişli ildir və artım olacaqdır. 
5.Arıçılıq və bal artacaqdır.

6.Azərbaycan, İraqın ərəb hissəsi,İranın Xuzistanı və Həmədanda xoş dövran gözlənilir. Bu xüsusən, təsərrüfat sahəsində, mer-meyvənin bolluğu ili olacaqdır. Bu bölgələrdə firavanlıq olacaqdır. 
7.İranın fars hissəsində qəm və narahatlıq gözlənilir.
8.Qış orta olacaqdır.Nə isti, nə də çox soyuq.
9. Xüsusilə, Azərbaycan üçün baramaçılıq və kənd təsərrüfatının irəliləməsi gözlənilir və buna cəhd etmək çox fayda verəcəkdir.
10.Suriyada vəziyyət qismən sabitləşsə də Şam, yəni paytaxt Dəməşqdə yoluxucu xəstəlik baş qaldıracaq və savaşın dəhşətini unutduracaqdır. Çox xəstəlik görünür.

11.Qərb ölkələrində qeyri-sabitlik olacaqdır.
12.İsti ölkələin əkinçiliyinə çəyirtkə afəti böyük zərər vuracaqdır.
13.Ümumiyyətlə, dünyada bu il ərzində yaşlılar, uşaqlar, qadın və kişilər arasında ölüm sayının artacağı görüləcəkdir. 
14.İranın Xorasan əyalətində böyük bir olay çıxacaqdır və səs küyə səbəb olacaqdır.
15.Səudiyyə Yəməndə istədiyinə nail olmayacaq və şəxsən kralın müstəqil fikri ilə Yəməndən çəkiləcəklər.

“Reina” terrorçusu METRODA – Polis qatarları dayandırdı – VİDEO – SON DƏQİQƏ

16.Dəməşq ətrafında ən böyük savaş olacaq.
17.Əsəd endirilərək yerinə başqa rəhbər əyləşdiriləcək. 
18. Dünyada bahalaşma müşahidə olunacaq. Ən qiymətli şey bu il ərzində buğda olacaqdır.
19.Çıxan savaşlar ilin sonuna doğru bitəcəkdir. Xaraba qalmış ölkələrin vəziyyəti qismən düzələcəkdir.
20. Bu ildə dəniz heyvanlarının ovu bollaşar, pul ehtiyatları azalır, sular çoxalır, yaz məhsulları bollaşır…

21.Dünya iqtisadiyyatında yeni kontraktlar və ölkələr arası faydalı alış-verişlər tənzimlənəcəkdir.
22. Hansısa bir ölkə rəhbəri dünyasını dəyişəcəkdir.
23. Amerika rəhbərinin Rus rəhbəri ilə mülayim və səmimi münasibəti dünya islam ölkələrində ümumi ağır vəziyyətin tənzimlənməsində böyük rol oynayacaqdır.
24.Türkiyədə vəziyyət orta olaraq davam edəcəkdir. 
25.Rusiyanın dünyada nüfuzu artacaqdır.

Qeyd olunan məlumatlar orta əsr islam alimlərindən Əhməd əl Buninin Şəmsul Maarif, Seyyid Süleyman əl Hüseyninin Ulduznamə, Camiud Dəvat və digər mənbələrədən əxz edilib.

Tural İrfan

 

cebhe.info

Short URL: http://www.cumhuriyyet.net/?p=86014

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728