Adına ev olan köçkünlərə pul verilməyəcək

24.01.2017 - 16:01
Məcburi köçkünlərə verilən müavinətlər dayandırılır.
Bu haqda artıq məcburi köçkün rayonlarının icra hakimiyyətlərinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təlimat göndərilib. Təlimatda bildirilib ki, adına torpaq, ev olan və həmçinin, dövlət qulluğunda çalışan məcburi köçkünlər dövlətdən müavinət ala bilməyəcək. Təlimata adına ev, torpaq olan məcburi köçkünlərin siyahısı da əlavə edilib.
Qeyd edək ki, məcburi köçkünlərin müavinətlərinə çörək pulu və kommunal xidmətlər daxildir. Ölkə başçısının ötən gün verdiyi fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.(Qafqazinfo)

Short URL: http://www.cumhuriyyet.net/?p=86220

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728