Prezidentə şikayət məktubu yazmağı peşəyə çevirən AZƏRBAYCANLILAR – ADLAR

16.02.2017 - 13:58

2016-cı ildə Prezident Administrasiyasına daxil olmuş təkrar müraciətlərin ümumi saya nisbəti 13,3 faiz təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

S.İsmayılov bildirib ki, təkrar müraciətlər daha çox sosial müdafiə, hüquq mühafizə, məhkəmə orqanlarının fəaliyyəti, əfv, mənzil, torpaq, şəhərsalma, tikinti və digər məsələlər barəsində olub: “Təkrar müraciətlərin mövzularının müxtəlifliyi onların hər bir şəhər və rayon üzrə daha çox hansı məsələlər barəsində olmasının öyrənilməsini zəruri edir. Bu baxımdan sosial müdafiə məsələləri mövzusunda təkrar müraciətlər Bakı şəhəri və onun rayonlarının, habelə Yevlax, Ağdaş, Ağstafa, Balakən, Cəbrayıl, Göyçay, Göygöl, Hacıqabul, Xocavənd, Kəlbəcər, Qax, Qazax, Qobustan, Laçın, Saatlı, Salyan, Siyəzən, Şamaxı, Şəmkir, Tovuz, Ucar, Zaqatala, Zəngilan, digər şəhər və rayonların sakinlərindən gəlib.

Şəhər, rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, yerli idarə, müəssisə və təşkilatların fəaliyyəti barədə isə təkrar müraciətlər Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Göyçay, Göygöl, Xəzər, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Laçın, Neftçala, Saatlı, Salyan, Şabran, Şamaxı, Tovuz, Ucar, Yardımlı, Zəngilan, Zərdab, digər şəhər və rayonlardan olub”.

S.İsmayılovun sözlərinə görə, Prezident Administrasiyasına müntəzəm və təkrar müraciətlər edən vətəndaşların problemlərinə istər Administrasiyada, istərsə də yerli icra hakimiyyəti orqanlarında maksimum diqqət göstərilməsinə və onların tələblərinin qanunun yol verdiyi dərəcədə yerinə yetirilməsinə baxmayaraq, bu şəxslər yenə də dövlət orqanlarına əsassız xahiş və tələblər göndərməkdə davam edirlər:“Məsələn, Səbaildən Akif və Cahan Əliyevləri, Füzulidən Anar İsmayılovu, Kəlbəcərdən Abdulla Əsədovu,Goranboydan Tofiq Həsənzadəni, Lerikdən İlham İbadlını, Zülfüqar və Əliəşrəf Kazımovları, Masallıdan Şahid Əliyevi, Tərtərdən Sevda Abdullayevanı və başqalarını göstərmək olar. Həmçinin Binəqədidən Roza Hümbətova, Zərbani Ağayeva, Xətaidən Namiq İmanov və Elman Heydərov, Qaradağdan Abgül Cəfərov, Nizamidən Rəfiqə Cəfərli və Asim Şaxanov, Sabunçudan Bahar Əhmədova, Yasamaldan Sevil Səfərova, Gəncədən İlqar İbrahimov,Sumqayıtdan Ceyhun Əlizadə, Ağdamdan Rövşən Şıxıyev, Xaçmazdan İsmayıl Aydəmirov və başqalarına dəfələrlə izahat verilsə də, təkrar müraciətlər yazmaqda davam edirlər.

Ümidvarıq ki, istər mərkəzi, istərsə də yerli qurumlarda təkrar müraciətlər bundan sonra da daha diqqətlə araşdırılaraq lazımi tədbirlər görüləcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88384

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930