Heydər Əsədovu bitirmək planı

20.12.2016 - 00:52

Ölkənin barmaqla sayılacaq köklü oliqarx-məmurlarından sayılan sabiq nəqliyyat naziri Ziya Məmmədovun “vurulmasından” sonra iqtidar daxilindəki güc nisbətinin dəyişməsi rəsmən təsdiqini tapdı.

Savash.org xatırladır ki, prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Baş verənləri isə gözlənilməz adlandırmaq olmaz. Nazirliyin ləğvinə qədər demək olar ki, bütün səlahiyyətləri digər qurumlar arasında bölünmüşdü. Ancaq hansısa səbəbdən Ziya Məmmədov nazir postunda saxlanılırdı. Uzun müddət idi Ziya Məmmədov heç bir səlahiyyəti olmayan, “portfel nazir” statusunu qoruyub saxlayırdı. Hətta bunu, bir qədər qeyri-ciddi səslənsə də, ABŞ prezidenti Donald Trampla Ziya Məmmədovun oğlunun biznes şərikliyi ilə bağlayanlar da var idi. Prezidentin son fərmanı ilə, bu söz-söhbətlərlə yanaşı Ziya Məmmədovun səlahiyyətsiz nazir statusuna da son qoydu. Bununla da “şahmat taxtası” üzərindən Ziya Məmmədov fiquru götürüldü, prosesin onun yaxın ətrafının da zərərsizləşdiorilməsinə qədər uzanacağını isə gözləməyə dəyər.

Ziya Məmmədovdan sonra sıra qudasına çatdı: “Fövqəlnazir” Heydər Əsədovu bitirmək qərarı verdi Savash.org-un əldə etdiyi məlumata görə, ilk növbədə keçmiş nazirin qudası, hazırda kənd təsərrüafatı naziri postunu tutan Heydər Əsədovun “vurulması” nəzərdə tutulub. Bildirək ki, Ziya Məmmədovun oğlu Anar Məmmədov Heydər Əsədovun qızını özünə xanım seçib. Heydər Əsədovun nazir postuna gətirilməsi də məhz bu qohumluqdan sonra reallaşıb. İndi isə özünün də bəyan etdiyi kimi Ziya Məmmədov “adi bir vətəndaş”dır və həmin “adi vətəndaş”ın nazir qudasını qoruya biləcəyi heç inandırıcı görünmür. Heydər Əsədovun özünə gəlincə isə o heç bir ciddi statusa, hakimiyyət daxilində hansısa məxsusi imtiyaza malik deyil, bu isə onun “vurulması”nı asanlaşdıran əlavə faktor kimi çıxış etməkdədir.

Savash.org-u bilgiləndirən mənbə isə mövzuyla bağlı maraqlı informasiyalar verib. Mənbənin sözlərinə görə, Ziya Məmmədovun “vurulması”ndan öz xeyrinə yararlanmağa çalışan fövqəladə hallar naziri Kamaləddin Heydərov artıq kənd təsərrüafatı nazirinin “ayağının altını qazmağa başlayıb”. Ziya Məmmədovun sıradan çıxarılacağından öncədən xəbərdar olmuş Kamaləddin Heydərov uzun müddətdir ki, KTN-ə sahiblənmək yönündə önəmli addımlar atmağa başlayıb. Məsələn, “fövqəlnazir” Ziya Məmmədovun sonunu gətirmiş məlum sərəncamdan bir neçə gün öncə Respublika Baytarlıq Labarotoriyasına şəxsən baxış keçirib. Maraqlıdır, sözügedən labarotoriya ilə FHN-nin funksiyaları arasında hər hansı nəzəri belə bağlılıq yoxdur, belədə Heydərovun Respublika Baytarlıq Labarotoriyasında “zühur etməsi” nələrdən xəbər verir?

Ziya Məmmədovdan sonra sıra qudasına çatdı: “Fövqəlnazir” Heydər Əsədovu bitirmək qərarı verdi Mənbəmiz iddia edir ki, bu səfər heç də təsadüfi sayıla bilməz və görünən odur ki, Heydərov KTN şefinin nəzarətində olan müəyyən səlahiyyətləri onun əlindən almaqda qərarlıdır. Heydər Əsədovun gəlir mənbələrindən birinə yaranmış təhlükənin reallığını təsdiqləyən digər nüans isə prezident İlham Əliyevin fevralın 10-da “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmandır. Həmin fərmana əsasən, Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasından ötrü Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq.

Agentlik, ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, istehlakçıların hüquqlarının müdafiəsi və “tarladan süfrəyədək” prinsipi əsasında qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etməlidir. Həmçinin Agentliyin fəaliyyətini təmin etmək məqsədilə baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb. Agentlik 2018-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq və həmin gündən komissiyanın səlahiyyət müddəti başa çatacaq.

Savash.org xatırladır ki, yaradılması nəzərdə tutulan Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərinə verilməsi nəzərdə tutulan məsələlərlə KTN-nin Baş Baytarlıq İdarəsi məşğuldur. Bu isə o anlama gəlir ki, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlamasından sonra KTN şefi səlahiyyətlərinin müəyyən və ciddi sayılacaq qismini itirmiş olacaq. Proses isə eynən Ziya Məmmədovun “vurulması” ssenarisinin eynidir, əvvəlcə səlahiyyətləri ardıcıl olaraq əlindən alınacaq, gerisi isə aydındır.
Proses artıq başlayıb, indi Heydər Əsədovu yalnız möcüzə xilas edə bilər. Kamaləddin Heydərovun hədəfində olması isə möcüzənin və ya digər “fövqəladə hadisənin” KTN şefini xilas edəcəyinə inamı azaldır.

Pənah Məmmədov

Short URL: http://www.cumhuriyyet.net/?p=88674

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31