Astroloji proqnoz – 20 fevral

20.02.2017 - 01:27

Qoç – emosional davranmayın, aktiv fəaliyyətə başlayın. Sakitləşməyinizi istəyən insanların məsləhətlərinə qulaq asın.

Buğa – xoş sürprizlər vəd edir. Köhnə dostlarla görüş olacaq. Sizi yaxşı xəbərlər gözləyir. Alış-verişdə bədxərclik etməyin. İri məbləğdə məsrəfləri təxirə salın.

Əkizlər – iş və gərginlik artır. Yeni planlar sizi ruhlandıracaq. Amma sizi nə isə geri çəkəcək. Çin olmayacaq arzularla ümidlərə aldanmayın.

Xərçəng – sizi pərişan edə biləcək informasiyanın alınması, harasa yollanmaq və problemləri çözmək ehtiyacı yarana bilər. Çətin situasiyada çıxış yolunu tapmaq imkanı formalaşır.

Şir – öz işlərinizlə məşğul olmaqla yanaşı, yaxın ətrafınızdakı insanların problemlərinin həllinə diqqət ayırmağı da unutmayın. Səhhətinizə fikir verin. Günün ikinci yarısında fiziki iş, ev işi, açıq havada gəzintidə fayda var.

Qız – şəraitdəki ən kiçik dönüşlərə ifrat emosionallıqla reaksiya verməyin. Hisslərinizin əsiri olmayın, yaşananlarda yalnız mənfi çalarlar aramayın.

Tərəzi – ani impuls və ya daxili gərginlik nəticəsində özünüzlə yanaşı, yanınızdakı insanların əməllərini yanlış dəyərləndirməyin. Səfər və görüşü təxirə salın.

Əqrəb – axınla hərəkət edin, ehtiyac yarananda situasiyadan asılı olaraq duruma düzəlişlər edin. Böyük məsrəf və məntiqsiz xərc tələb edən işlə bağlı sizi dilə tutmağa çalışacaqlar, amma belə təkliflərə aldanmayın.

Oxatan – işdən və ya sövdələşmədən əldə ediləcək gəliri hesablamamış razılaşmayın. Köhnə münasibətləri qaydaya salın, yeni tanışlıqlardan faydalanmağın yollarını düşünün.

Oğlaq – fəaliyyət tempini nizamlayın, bir qədər ehtiyatlı davranın. Tərəfdaş və ya iş yoldaşınızın maraqları, problemlərində hali olmağa çalışsanız, səyləriniz minnətdarlıqla qarşılaşacaq.

Dolça – hissiyata güvənin, hadisələrin inkişaf məcrasına sərt müdaxilə etməyin. Təkliflər və yeni imkanlar diqqətəlayiqdir. Münasibətlər dayanıqlı deyilsə, istənilən xırdalıq səbr kasasını daşdıra biləcək son damla ola bilər.

Balıqlar – həssas olmasanız, etibarlı və səbatlı olmasını istədiyiniz məkanda qarğaşa yarana bilər. Bütün diqqəti işə yönəldin, yaxın ətrafınızdakı insanlara yalnız ehtiyac yarandığı təqdirdə müraciət edin.

milli.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88678

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930