Astroloji proqnoz – 21 fevral

21.02.2017 - 01:50

Qoç – konkret işlər, ideyaların reallaşdırılması zamanıdır. Ciddi işgüzar və şəxsi məsələlərlə məşğul olun. İş yoldaşınız, tərəfdaşınızın durumunu, əhvalını mütləq şəkildə nəzərə alın.

Buğa – birgə fəaliyyəti razılaşdırın. Yaşam arealınızı qaydaya salmaq imkanlarını əldən verməyin.

Əkizlər – mühüm məqamlarda harmoniyaya nail olmaq olar. Günün ikinci yarısında çətin işə başlamaq olar.

Xərçəng – san atdığınız nəticə və məqsədi bilirsinizsə, səbrli və təmkinli olun, əzmlə irəliləyin. Şəxsi münasibətlər müstəvisində emosiyaların ardıcıllığını hissiyatınız bildirəcək.

Şir – ənənəvi prinsiplərə və adətlərə sadiqlik sizə stabilliyi qorumağa, daxili müvazinətə yiyələnməyə imkan verəcək. Ailənin yaşlı üzvlərini sevindirin. Alış-veriş üçün yaxşı gündür.

Qız – uzun-uzadı müsahibələrə başlamayın. Münasibətləri aydınlaşdırmayın. Həll variantını sürətlə arayın. Yeganə doğru çözüm yolunu seçməyə çalışın.

Tərəzi – bir neçə mühüm iş arasında seçim məcburiyyəti yaranacaq. Nəticədə heç bir işi görməyə bilərsiniz.

Əqrəb – görüləcək işlərin sayı artır. Amma onların reallaşdırılması təxirəsalmalar, gecikmələr, sədlər, maneələr və maraqlar toqquşması ilə üzləşir.

Oxatan – alış-veriş və imiclə bağlı işlər uğurlu olmayacaq. Səhhətinizdə diqqətli olun. Virus və yoluxucu xəstəlik riski artır.

Oğlaq – şəxsi münasibətlər müstəvisində təşəbbüs zamanı deyil. Kompromisə ehtiyac yaranırsa, güzəştə gedin.

Dolça – ikinci dərəcəli işlərlə məşğul olmayın. Emosiyalarda süstlük, lənglik müşahidə ediləcək.

Balıqlar – işgüzarlıq və fəallığınızı artırın. Mühüm planlardan birini reallaşdırmaq olar. Lakin mühüm məqamlardan birini qulaqardına vurmayın.

milli.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88781

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930