“İdeal”-da satılan 469 manatlıq ətir saxta çıxdı – “İdeal” adı kimi ideal olmayan ətirlər satır

21.02.2017 - 09:49

“İdeal” adı kimi ideal olmayan ətirlər satır”.

Bunu Qafqazinfoya ya müraciətində Kəmalə Salayeva adlı müştəri yazıb. O müraciətində iddia edib ki, “İdeal” Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsinin satdığı ətirlər orijinal deyil. Xanım müştəri, “İdeal”dan aldığı 469 manat dəyərində ətrin iyinin qalıcı olmadığını söyləyib: “Fevralın 13-də “İdeal”ın “Gənclik  Mall”dakı filialından 10 faiz endirimlə 469 manata “Roja” parfümü aldım. Evdə açıb vuranda ətrin iyinin qalıcı olmadığını hiss etdim. Elə bil su vurdum. Bu ətirdən mütamadi istifadə etdiyimçün budəfəkinin orijinal olmadığını düşündüm. Onu mağazaya aparıb başqa ətir ilə dəyişdirilməsini və ya pulumu geri qaytarmalarını xahiş etdim. Mənə, heç nə edə bilməyəcəklərini dedilər. Ətri mağazada qoydum və onlardan cavab gözləyəcəyimi bildirdim. Dəfələrlə mağaza ilə, menecer ilə əlaqə saxlasam da nəticə olmadı. Hər dəfə müxtəlif bəhanələr gətirirlər, incidirlər”.

Məsələ ilə bağlı “İdeal” Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsindən “Qafqazinfo ”ya bildirilib ki, qeyd edilən şikayət araşdırılıb: “Məhsul istifadə edilib, qalıcılığı ilə problem yoxdur. Məhsulun orijinallığı barədə ofis və ya mağazamıza yaxınlaşıb, sertifikatlarla tanış ola bilərsiniz. İstifadə edilmiş məhsullar geri qaytarılmır və əvəzlənmir”.

Xatırladaq ki, bir neçə il öncə “İdeal”da “100% Zəmanət” adlı kampaniyaya start verilmişdi. Belə ki, müştərilər narazı qaldıqları məhsulları geri qaytara və ödədikləri pulu kart balansına bonus şəklində ala bilərdilər. Aksiyada müştərilər məhsuldan niyə narazı qaldıqlarını əsaslandırmaqla, iki həftə ərzində məhsulu geri qaytarmaq hüququna malik idilər. Hazırda isə bu kampaniya aktiv deyil.

Nigar

Bakıda satılan 469 manatlıq ətir saxta çıxdı -   İddia

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88802

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930