Apellyasiya Məhkəməsində müəmmalı oyunlar…

23.02.2017 - 12:16

Həmin şəkildən göründüyu kimi cinayətkar dəstənin içində İlham Qasımovunda “nurlu” simasıvardır

Hörmətli Ədliyyə naziri Fikrət müəllim!

Cənab prezidentimiz İlham Əliyevin etimadını doğruldan ən etibarlı hakimlərdən birincisi sayılan Ramiz Rzayev cənabları!

Sizə müraciət etməyi zəruri sayırıq:

Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin rəhbərliyi ilə törədilən haqsızlıqların sədası bütün Azərbaycan xalqına məlumdur!Apellyasiya Məhkəməsində baş verən ədalətsizlik bu yaxınlarda prezident adminstariyasında belə müzkirə obyekti olmuşdur. Adını məxvi saxlamağı xahiş edən hakimin dediyinə görə bir neçə gün bundan əvvəl İman Nağıyevin iş otağında müzakirə olunmuş bir məsələ-Agır cinayətər məhkəməsinin 15 illik həbsə məhkum etdiyi bir şəxsi-cinayətkar İlham Qasımovu azadlığa buraxmaq və yaxud da cəzəsını azaltmaq istəyirlər. iki saatlıq söhbətdən sonra bu sirr də bizə məlum oldu…

Hakimlər İman müəllimə hər hansı bir işi məruzə etdikdən sonra əvvəlcə cinayətkarların (təqsirlənirilən şəxsin) mövqeyini müdafiə edib ondan küllü miqdarda pul alırlar… Növbəti mərhələdə isə cinayətkardan rüşvət tələb olunur ki,məsələ onun xeyrinə həll olunsun.

Mötəbər şəxsin dediyindən belə nəticə çıxarmaq olar ki,sədir İman Nağıyev öz şəxsi qanunlarını tətbiq edən ən “nüfuzlu” sədir kimi fəaiyyət göstərir.

Apellyasiya Məhkəməsində müəmmalı oyunlar…

21.02.2017-ci il tarixində Apellyasiya Məhkəməsi Ağır Cinayətlər üzrə kollegiyanın sədri Rizvan Səfərov Ali Məhkəmənin Ağır Cinayətlər üzrə kollegiya sədri Şahin Yusifov cənabları ilə yuxarıda qeyd etdiyimiz sxema üzrə məsləhətləşmələr aparıblar…Danışıqların nəticəsi bizə məlumdur.Siz isə 23.02.2017-ci il 16:00 radələrində biləcəksiniz!

P.S.İman Nağıyevin rəhbərlik etdiyi Apellyasiya Məhkəməsində alınan küllü miqdarda pul hesabına ağır cinayətlər məkəməsini 15 il müddətinə cəzalandırdığı İlham Qasımovu azadlığa buraxmaq yaxud cəzasını azaltmaq niyyətindədir.Elə bir qatı cinayətkarı hansı ki 19 milyon pul mənimsəmiş İlham Qasımovu necə əhv etmək olar?!İş adamı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında özünəməxsus yüksək nəailiyyətlər əldə etmiş minlərlə ehtiyacı olan insanlara əlsiz-ayaqsız körpələrə maddi və mənəvi kömək etmiş bir adamın- Gülağa Qənbərovun küllü miqdarda halal vəsaitini dələduzluq yolu ilə mənimsəmiş bir şəxs ədalət məhkəməsində əhv oluna bilərmi?!Biz az təfsilata varaq:Bakı Ağır Cinayətlər məhkəməsində İlham Qasımova törətdiyi cinayətə görə 15 il müddətinə azdlıqdan məhrum edilmə cəzası verilmişdir.Məlumdur ki,Bakı Ağır Cinayətlər məhkəməsi öz tutumuna hakimlərinin nüfuzuna,hakimlərinin ədalətliliyinə görə ölkəmizdə tanınan məhkəmələrdən biridir.Necə ola bilər ki,elə bir məhkəmənin 15 il müddətinə həbs etdiyi adamı Bakı Apellyasiya Məhkəməsi təzədən mühakimə edib cəzasını yumuşalda bilər?!Bakı Apellasiya Məhkəməsinin hakimi Faiq Qasımovdan görünməmiş seperat sövdələşmə artıq baş vermişdir.

Apellyasiya Məhkəməsində müəmmalı oyunlar…

İlham Qasımovun adət ənəsinə sadiq qalaraq dələduzluq əməyinin nəticəsi kimi yüzlərlə vətəndaşın qanunu mənafeylərinə ağır zərbə vurduqlarına görə 15il azadlıqdan məhrum edilsədə Bakı Apellyasiya Məhkəməsi başqa yol tutmaq niyyətindədir.Ona görə ki,hakim Faiq Qasımovun əvvəlcədən sövdələşməsinə rəğmən artıq cinayətkar rahat nəfəs alır və arxayındır ki,küllü miqdarda verilən pul hesabına cəzası ya yüngülləşəcək yada azadlığa buraxılacaq.(AZpress.Az)

Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88944

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930