Bakıda qumarbazı öldürməkdə günahlandırılan şəxsə 18 il cəza istənildi

23.02.2017 - 12:33

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şəhriyar Abbasquliyevə cəza istənilib.

Cumhuriyyet.az xəbər verir ki, Ş.Abbasquliyevin cinayət işi üzrə məhkəmə prosesində prokuror çıxış edib.

Prokuror çıxışında S.Abbasquliyevin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 2-nə təyin edilib.

Qətl hadisəsi Maştağada baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayev bıçaqlanaraq öldürülüb. Hadisəni törədən Ş.Abbasquliyev həbs edilib.

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunur.

Qətlə yetirilən İ.Ağayevin qumarbaz olduğunu yazıb.
(Musavat.com)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88946

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930