Qəddafinin qeybə çəkilən oğlu barədə ŞOK QƏRAR: DÜNYADAN SİRLİ QAÇIŞ – FOTOLAR

23.02.2017 - 16:02

Birləşmiş Millətlər Təşkilatı Liviyanın öldürülən lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafinin Beynəlxalq Cəza Məhkəməsinə təhvil verilməsini tələb edir.

Cumhuriyyet.az xəbər verir ki, S.Qəddafi beş il həbsdə olduqdan sonra ötən il azadlığa çıxıb və indiyə qədər onun yerini bilən yoxdur.

44 yaşlı oğul Qəddafi 2011-ci ildə Nigeriyaya qaçmağa çalışarkən tutulmuşdu. 2015-ci ilin 28 iyulunda Trablus məhkəməsi onu edam cəzası verdi. Lakin hüquq-mühafizə orqanları təhlükəsizliyə görə onu məhkəmə verməkdən imtina etdi.

Edam cəzasından təxminən bir il sonra isə Liviya hökumətinin çıxardığı qərarla S.Qəddafi azadlığa buraxılıb. Həmin vaxtdan bu günə kimi heç kim onu görməyib.

Beynəlxalq Cəza Məhkəməsi Seyfülislamı və Qəddafi hökumətində inqilabçılara divan tutmuş 37 nəfəri tələb edir.

Qeyd edək ki, Liviya lideri Müəmmar Qəddafi 2011-ci ildə doğulduğu Sirt şəhərində etirazçılar tərəfindən tutulub və linç edilərək öldürülüb.

Qəddafinin oğulları Hamis, Süyfülarab və Mutassım 2011-ci ildə inqilab zamanı öldürülüb. Liviya Olimpiya Komitəsinin keçmiş rəhbəri Muhammed, həmçinin, Avropada skandalları ilə tanınan Hanniballa həyat yoldaşı Ayşə Qəddafi Omana sığınıblar.

Qəddafinin həyat yoldaşı Safiyə de Muhammed də Hannibal və Ayşə ilə birlikdə Omandadır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88960

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031