3 əsr qabaq ölən, amma hələ də yaşayan ölülər və onlara QULLUQ EDƏN QADIN: dəhşətli SİRR – FOTOLAR

24.02.2017 - 12:15

Çexiyanın Brno şəhərində sərdabə kimi tikilidəki məzarlığın sirləri əsrlərdir tapılmır.

Cumhuriyyet.az xəbər verir ki, bu məzarlıqlarda mumiyalanmış cəsədlər əsrlərdir olduqları kimi uzanaraq qalıblar.

Turistlərin ən çox maraq göstərdiyi yerlərdən olan bu məzarlığı bir qadın hər gün təmizləyir və o, demək olar ki, hər gün turistlərin eyni sualı ilə qarşılaşır: “Təkbaşına bu ölülərin arasında işləməkdən qorxmursunuz?”.
Çünki bu məzarlıq bir çox insanı dəhşətə gətirir.

Lakin təmizliyə baxan qadın qarşılaşdığı suala hər dəfə “əvvəllər qorxurdum, amma sonradan vərdiş elədim” cavabını verir.

Çexiyalı arxeoloqlar keçmişdə mumiyalanmış ölülərin 200-ə qədər olduğunu, lakin indiyə qədər cəmi 24-nün qaldığını deyir.

Ehtimallara görə, bu məzarlıqlar XVIII əsrə aiddir. Həmin dövrlərdə keşişlər və köməkçiləri ölərkən, onları mumiyalayaraq, belə sərdabələrdə basdırarmışlar. Lakin indiyə qədər bu ölülərin sirri tam açılmayıb. Ən maraqlısı isə bu məzarlığın bir neçə il öncə tapılmasıdır. Həmin vaxta qədər məzarlıq yerin altında olub, üç əsr öncə ölən insanların sümükləri isə tam çürüməyib. Məzarlığın tapılmayan əsas sirri də budur.
( Publika.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89015

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930