Nərimanov Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

24.02.2017 - 13:43

Nərimanov Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

İH-dən Cumhuriyyət.az -a  daxil olan xəbərə görə, anım mərasimində “Odlar Yurdu” Universitetinin tələbələrinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş və burada törədilən dəhşətləri əks etdirən “Sonuncu ölən ümidlər” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin qatıldığı tədbirdə çıxış edən icra başçısı Abdin Fərzəliyev və Milli Məclisin deputatları Adil Əliyev, Rasim Musabəyov və Hikmət Məmmədov Xocalı faciəsinin Azərbaycan və dünya tarixində ən qanlı hadisələrdən biri olduğunu, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd ediblər.

Çıxışlarda Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığı qeyd edilib.

 

Faciə icra hakimiyyətində anıldı
Faciə icra hakimiyyətində anıldı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89027

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930