Zeynəb Xanlarova oğlanlarını da müharibəyə göndərəcəkmi? – Bizim reaksiya

24.02.2017 - 22:26

Millət vəkili Zeynəb Xanlarova parlamentin bu gün keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edib.

Missiya.Az xəbər verir ki, Z.Xanlarova münaqişənin birdəfəlik həllini müharibə etməkdə gördüyünü deyib.

“Onsuz da hər ay nə qədər şəhid veririk. Birdəfəlik ya ölək, ya qalaq. Müharibə edək, bitsin bu məsələ. Bundandırsa, gəlin müharibə edək, torpağımızı alaq. Nəyi gözləyirik?” Biz ki, onların torpağını almamışıq? Onlar bizim torpağımızı işğal ediblər. 25-30 ildir, Milli Məclisdə oturmuşam, ancaq elə danışırıq. Məsəl var, “Dəyirman öz işindədir, çax-çax baş ağırıdır”. Nə qədər balalarımız öləcək, nə qədər analar göz yaşı axıdacaq?” – deyə millət vəkili bildirib.

Çıxışı diqqətlə nəzərdən keçirdikdə ziddiyətli məqamların olduğu ortaya çıxır. Maraqlıdır ki, nədənsə Zeynəb Xanlarova öz oğlanlarının müharibəyə gedəcəyi ilə bağlı bir kəlmə belə deməyib.

Başa düşürük ki, Zeynəb xanım vətənpərvərdir, xalqına, dövlətinə bağlı adamdır. Budəfəki açıqlamasını da onun məhz milli hisslərindən irəli gəldiyinə şübhə etmirik. Amma, müharibə çağırışı edən ana gərək ölənlər sırasında öz oğlanlarının da olacağını deyəydi. Bax, onda bu çağırış səmimi qəbul olunardı. Bəli, Zeynəb xanımın əli silah tuta biləcək iki oğlu var. Niyə onlar evdə oturmalı, analarının şöhrətindən qidalanmalıdırlar? Hamımız bu vətənin övladıyıq və Qarabağ hamımızın torpağıdır.

b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_374466.jpg
Ramal Babayev – Zeynəb Xanlarovanın oğlu

Əlbəttə, sabah Ali Baş Komandan əmr verərəsə, bizim hamımız torpaqlarımızı işğaldan azad etməyə yolllanacağıq. Bu, bizim hər birimizin müqəddəs borcudur. Amma Zeynəb Xanlarova müharibə istəsə də, nədənsə döyüşəcək kişilər sırasında öz oğlanlarını görmür. Bir ana kimi başqa analara xitab edirsə, deməli hər kəsə nümunə göstərməli və deməlidir ki, mənim iki oğlum da Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşməyə və şəhid olmağa hazırdırlar. Bunu demirsə, onda gərək bizi üzürlü bilsin, onun səmimiyyətinə şübhə edirik. Sualımız isə açıq qalır: Müharibə başlayarsa, Zeynəb Xanlarova da öz övladlarını döyüşə göndərəcəkmi?

Millət vəkilinin çıxışında daha bir ziddiyətli məqam var. Məlumdur ki, fevranın 16-da Zeynəb Xanlarova Ermənistan-Azərbaycan Sülh Platforması qoşulması haqqında bəyanat yayıb.
b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_fghg.jpg

Heç bəyanatın üzərindən 10 gün keçməmiş Milli Məclisin kürsüsündən xalqa müharibə çağırışı edir.

Sülh Platformasının üzvləri təşkilatın adından da göründüyü kimi sülhə köklənməlidir. Xalqları sülhə hazırlamalıdır. Onda belə nəticəyə gəlmək olar ki, Zeynəb xanımın platformadakı varlığı yalnız fomal xarakter daşıyır. Çünki millət vəkili Sülh Platformasının üzvü olduğu halda əhaliyə müharibə çağırışı edir.

İslam 
Missiya.Az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89034

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930