Astroloji proqnoz – 25 fevral

25.02.2017 - 09:04

Qoç – əlaqələri bərpa edin, tərəfdaşların işlərini yoxlayın, informasiya kanallarını saf-çürük edin. Xoş xəbər ala bilərsiniz, amma hansısa məlumat sizi təbdən çıxaracaq.

Buğa – rəhbərliklə ünsiyyət üçün əlverişli gün deyil. İşdə münasibətlərin yeni stilini sınaqdan keçirə bilərsiniz. Cəsarətli davranın.

Əkizlər – romantik münasibətlər üçün düşərli gündür. Bununla belə, qarşınıza qoyduğunuz məqsədi unutmayın. İşgüzar olun. Sizi maraqlandıran mövzu ilə bağlı improvizə yolveriləndir.

Xərçəng – yaşananlar həddən ziyadə diqqətli və ehtiyatlı davranış tələb edir. Zəif olan məqam pozula bilər. Münasibətlərdə böhran yarana bilər. Amma nə etmək olar: bəlli hadisə başqa münasibəti ehtiva etmir.

Şir – olayların ritmi dəyişir. Şəraitə uyğunlaşın. Böyük ümidlərlə bağladığınız planları hələlik təxirə salın. Geri dönən ünsürlərə fikir verin. Yeni yanaşma, dərinləşmə və ya genişlənmə tələb edən məsələlər var.

Qız – əhval-ruhiyyə, motivasiya, energeikanın dəyişməsini hiss edin. Yaxın vaxtlar üçün yeni məşğuliyyət seçin.

Tərəzi – xəyallara və arzulara qapılmayın. Səmimiyyətdə ifrata varmayın, yaxın ətrafınızdakı insanlara mövqelərinizi açıqlamayın. Onlara təzyiq etməyin.

Əqrəb – çətin gündür, səhv və yanlışlıqlar riski böyükdür. Diqqəti bir məsələyə, bir problemin həllinə yönəldin.

Oxatan – yığılıb qalan gərginlik və artan küskünlük münaqişəyə səbəb ola bilər. Emosiyalarınıza hakim olun ki, səhhətinizdə fəsad yaranmasın.

Oğlaq – ürək-damar sistemini gücə salmayın. Axşam saatlarında maraqlı məşğuliyyət seçin, sizə xoş olan insanlarla ünsiyyətdə olun. Alış-verişdə məntiqli davranın.

Dolça – diqqətli olun, ehtiyatlı davranın. Toplantı, danışıqlar, anlaşma və sövdələşmələri təxirə salın. Ciddi işə, böyük sifarişin icrasına, geniş layihənin ilkin mərhələsinə başlamayın.

Balıqlar – alınan xəbərlər arasında çox faydalısı ola bilər. Fəqət, məlumat və ya informasiyanın batinini çözələyin. Emosional fon dayanıqlı olmayacaq. Olayların məğzi nəzərinizdən yayına bilər.

Milli.Az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89049

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930