Xocalı qaçqını fəryad etdi: “Ölkədən qaçmaq istəyirlər…”

25.02.2017 - 11:30

Xocalıdan olan məcburi köçkün Səfər Cavadov Cəlilabad rayonunda qardaşının mağazasının talanması ilə bağlı Avropa.info-ya şikayət məktubu göndərib.

Cumhuriyyet.az  xəbər verir ki, şikayətçi mağazanın qardaşı Cəfər Cavadovun qayınatasının ailəsi tərəfindən talandığını iddia edib.

“Bu ailə qardaşımın etibarından sui-istifadə edərək onun dükanını talayan qayınatası İlqar Quliyev, qayınanası Nuridə, baldızları Ləman və Jalə Quliyevalardır. Onlar əvvəlcədən əlbir olaraq geyim mağazasından 1 il müddətində 40000 manatdan çox pul və ya geyim oğurlayıblar. Məndə oğurluğun əvvəlcədən planlaşdırıldığını və bu işdə bütün ailə üzvlərinin iştirak etdiyini təsdiq edən səs yazıları var.

Buna baxmayaraq, Cəlilabad rayon polis şöbəsinin Vidadi adlı tədqiqatçısı yalnız bir nəfərin – İlqar Quliyevin mənimsəmə faktını qeydə alaraq Cəlilabad Rayon Prokurorluğuna göndərib. Bu iki ay müddətində prokurorluqdan bizə heç bir məlumat verilməyib. Cəlilabad polisi və prokurorluğunun haqqın, ədalətin deyil, üç azyaşlı uşaq sahibi olan qızının ailəsinin dağılmasına səbəb olan bir “atanın” – İlqar Quliyevin yanında olması şübhə və təəssüf doğurur.

Qardaşımın “Sədərək” və “Binə” bazarlarında fəaliyyət göstərən 50-dən çox sahibkara külli miqdarda borcu var. Həmin şəxslər haqlı olaraq pullarının geri qaytarılmasını təkidlə tələb edirlər. Bəziləri “əks halda sizin üçün yaxşı olmayacaq” deyirlər. Qardaşımın başına bir iş gələrsə, bunun məsuliyyətini oğurluq faktını düzgün araşdırmayan, oğurlanmış pulların oğrudan alınıb, zərərçəkənə qaytarılmasını təmin etməyən Cəlilabad rayon hüquq mühafizə orqanları daşıyır. Qeyd edim ki, İlqar Quliyev və onun ailə üzvləri oğurladıqları pulları bank vasitəsi ilə Tərtər rayonunda yaşayan ailə üzvlərinə göndəriblər. Bundan başqa mağazadan oğurladıqları geyimləri Tərtər rayonunda kimlərə satdıqlarını isbat edən video görüntülərə də əhəmiyyət vermirlər. Mən qardaşımın notariusda təsdiq edilmiş nümayəndəsiyəm. Bu gündən məni tez-tez polis şöbəsinə, prokurorluğa çağıracaqlar. Ola bilər ki, bu hadisəni ictimailəşdirdiyim üçün mənə təzyiqlər olunsun”.

Səfər Cavadov qardaşının mağazasının talan edən şəxslərin ölkədən qaçmaq istədiklərini deyib.

Cavadov bildirib ki, qardaşının qayınatası olan İlqar Quliyev evini sataraq ölkəni tərk etmək niyyətindədir. Onun sözlərinə görə, C. Cavadovun qayınanası Nuridə Quliyevanın qardaşı Rusiya Federasiyasında yaşayır və bacısının ailəsinə Rusiyaya, onun yanına gəlməsini təklif edib.

Cavadov bu məlumatı əldə etdikdən sonra dərhal Cəlilabad Rayon Prokurorluğuna gedib və İlqar Quliyevin ailəsinin hər hansı birindən ölkəni tərk etməməsi barəsində iltizam alınıb-alınmadığını soruşub. Məlum olub ki, qardaşının mağazasını talan edənlərin ölkədən çıxışına heç bir maneə yoxdur.

Cavadov həmçinin bu məsələyə görə qardaşının ailəsinin dağıldığını deyib. O deyib ki, əldə etdiyi məlumata görə, qarşı tərəf həmin uşaqlara da sənəd hazırlanıb ölkədən çıxarmaq niyyətindədir:

“Cəlilabad prokurorluğu işə laqeyd yanaşır. Çünki prokurorluq bir dəfə işə xitam verib. Müstəntiq Nurlan Rəhmanov işi tamamilə bağlayıb. İlqar Quliyev də qohumlar arasında “Getdim işi bağladım, gəldim”, – deyə lovğalanıb.

Daha sonra bizim məsələni ictimailəşdirdiyimizi gördükdən sonra iş yenidən araşdırılmağa göndərilib. Amma buna baxmayaraq, iş yenə də lazımi qədər araşdırılmır. Bu ailənin bu qədər pulu talan etməsinə baxmayaraq, onların ölkədən çıxışına nə qadağa qoyulub, nə də onların dilindən istintaqdan yayınmayacaqlarına dair iltizam alınıb.

Bu ailənin arxasında isə onların çox imkanlı bir qohumu və Tərtərdə hamının “Ətlik Vaqif” kimi tanıdığı iş adamı dayanır. Biz dəfələrlə onların öz ağzından “Bizim arxamızda Vaqif müəllim durur” dediklərini eşitmişik”.

(axar.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89077

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930