Cəbhədə gərginlik: nəyə görə indi?

25.02.2017 - 16:25

Ötən gücə qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsi Ermənistandakı daxili siyasi vəziyyətlə bağlıdır: seçkilər yaxınlaşır və hakimiyyət əhalinin diqqətini “xarici düşmən”ə yönəltmək istəyir.

Bu barədə virtualaz.org -a hərbi ekspert, Qarabağ müharibəsinin veteranı İlham Ağalarov danışıb.

Onun sözlərinə görə, hələ 90-cı illərdən Azərbaycan hərbçiləri bir məqama fikir veriblər ki, erməni qüvvələrinin fəallığı “erməni genosidi”nin ildönümünə yaxın,. yəni aprelin 24-25-i tarixlərinə yaxın vaxtlarda artır. “Sonradan diqqət yetirdik ki, aprel olmasa da, məhz hər ayın məhz bu günlərində təxribatlar baş verir və ciddi qarşıdurmalar olur. Budur, son kəskinləşmə də ayın 24-25-nə düşdü”, – ekspert deyib.

Bundan əlavə, Ağalarov erməni tərəfinin tez-tez bəyanatlar verərək, 2016-cıl ilin 1 aprel tarixinə qədərki “status quo”nu qaytarmağa cəhd edəcəklərini xatırladıb.

Qeyd edək ki, erməni mənbələrinin bildirdiklərinə əsasən, neytral zonada qətlə yetirilmiş bir neçə Azərbaycan əsgərinin meyitləri qalmaqdadır. Ekspertin sözlərinə görə, hələlik bununla bağlı etibarlı məlumat yoxdur və buna görə də, onları şərh etmək düzgün deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89089

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930