Əsrlərdir sirri açılmamış dəhşətli hadisələr – Tükürpədici fotolar

27.02.2017 - 21:08
Baxdığımız xarici və yerli dedektiv seriallarda polislər və ya detektivlər təxminən bir saatlıq müddət ərzində baş vermiş cinayətlərin üstünü açır, qatilləri tapır. Təəssüf ki, həqiqətdə belə deyil. Cunayət hadisələrinin üstünü açmağa aylar, illər sərf edilir. Hətta elə cinayətlər var ki, üzərindən illər keçməsinə baxmayaraq hələ də müəmma olaraq qalmaqdadır.
moderator.az -ın təqdim etdiyi bu yazıda üstü açılmamış, hələ də sirrini qoruyan 6 tükürpədici hadisə haqqında məlumat əldə edəcəksiniz.
 
1. “SS Ourang Medan” – Kabus gəmi
 
1947-ci ilin iyununda Sumatranı açıq seyr edən Hollandiyanın yanğınsöndürən gəmisi “SS Ourang Medan”dan böyük bir fəlakət baş verməsinə baxmayaraq, hələ də üzərindəki sirr pərdəsi açılmayıb.
Faciə baş verməmişdən öncə gəmidən ilk olaraq təhlükə siqnalları göndərilib, ardıyca da  “Kapitan da daxil bütün komandamız öldü”, “Ölürəm” deyə mesajlar gəlib.  Mesajı alan gəmilərdən Silver Star dərhal koordinatları müəyyən ediərək “Ourang Medan”a yaxınlaşıb və gəmidə bir it də daxil olmaqla bütün heyətin cəsədləri tapılıb. Mesajları göndərən şəxs də xəbərləşmə otağında ölü tapılıb.
“SS Ourang Medan” hadisəni qəribə edən isə bütün cəsədlərin əlləri ilə günəşi işarə etməsi idi. Bütün cəsədlərin ağızları sonuna qədər açılmışdı, üzlərində qorxu ifadəsi hakim kəsilmişdi və dişlərini möhkəm sıxmışdılar. Hadisədə digər bir əcaiblik isə ölənlərin bədənlərində zərbə və ya yaralanma əlamətinin olmaması idi.
“SS Ourang Medanı” tapan və ən yaxın limana aparmaq üçün yedəyə alan “Silver Star”ın kapitanı gəminin yük hissəsinə girməyə çalışarkən “SS Ourang Medan”dan tüstülər çıxmağa başladığını görüb və , dərhal gəmini tərk edib.  Bunun ardından “SS Ourang Medan”da bu gün də səbəbi məlum olmayan partlayış baş verir və saniyələr sonra Ourang Medalın sulara qərq olur. Gəminin ekipajına nə olduğuna dair sirr hələ də açılmayıb. Bəziləri okean dibindəki yarıqlardan çıxan metan və ya başqa bir kimyəvi qazın ekipajı zəhərlədiyini qeyd edir. Bəzilərinə görə isə gəmi heyəti yadplanetlilərin, ya da kabusların təcavüzünə məruz qalıbr. Ancaq nə belə bir gəminin olmasına, nə də ekipajının kim olduğu və başına nə gəldiyinə dair bir dəlil var.
“SS Ourang Medan”ın gözləri açıq ölən ekipajının sirri hələ də dənizin dibindən gün işığına çıxmağı gözləyir.
2. Karolina Volterin məzarı
 
 
Faciə Almaniyanın Freiburg şəhərində baş verib. Karolina Volter 1867-ci ildə 16 yaşında vərəm xəstəliyindən həyatını itirir. Bacısı da Karolinanın xatirəsinə məzarının üstündə Karolina ilə eyni ölçüdə olan heykəlini düzəltdirir. Hadisənin sirri isə belədir: Karolinin ölümündən 148 il keçməsinə baxmayaraq məlum olmayan birisi hər gün heykəlinin qolları arasına bir dəstə çiçək qoyur. 148 ildir çiçəyi qoyanın kimliyi və çiçəyi bura necə qoyması hələ də bilinmir.
 
3. Sodder uşaqlarının qeybə çəkilməsi
 
1945-ci ilin yeni il ərəfəsində Sodder ailəsinin evində yanğın baş verir. Corc və Jennie Sodder dörd uşağı ilə yanğından xilas olmağı bacarır, amma digər beş uşaq evdən çıxa bilmir. Yanğın söndürüldükdən sonra evə girənlər uşaqların cəsədlərini tapa bilmirlər. O qədər qısa müddətdə uşaqların kül olması da mümkün deyildi.
Yanğından 20 il sonra Sodder ailəsinə üzərində göndərənin ünvanı olmayan bir məktub gəlir. Məktubun içərisində bir fotoşəkil vardı və bu şəkil yanğında ölən Lui adlı uşaqlarının fotosu idi. Fotoşəkilin arxasında isə “Luis Sodder. Qardaşım Frankieni sevirəm. A90132, ya da 35” yazılmışdı. Ailəsi bunu uzun müddət araşdırsa da nəticə əldə etmədilər. Uşaqların başına nə gəlməsi idə hələ də sirr olaraq qalır.
 
 
4. Hinterkaifeck cinayətləri
 
Münhen yaxınlığındakı bir kənddə 63 yaşlı Andreas Gruber, həyat yoldaşı Czilia, qızları Viktoriya Qabriel və Viktorianın iki uşağı Czilia və İosif, evin qulluqçu Mariya Baumgartner eyni gündə sirli bir şəkildə öldürülüblər. Ölümlərindən əvvəl ailə üzvləri şübhəli bir hadisə olacağını hiss ediblərmiş. Belə ki, faciədən bir neçə gün öncə evin həyətində qar üzərində ayaq izləri görünüb. Həmin ayaq izləri evə doğru gəlmişdi, ancaq heç biri geri dönməmişdi. Həmçinin, son bir neçə gün imiş ki, evin tavanı arasından qulaqlarına qəribə səslər gəlirmiş.
Cəsədlər 4 gün sonra qonşuları tərəfindən tapılıb. Ancaq 4 gün ərzində evin tüstü bacası tüstülənib, sığırlar qidalanıb, mətbəxdə yemək yeyilib. Ertəsi gün, yəni 5 apreldə hadisə yerində ekspertiza keçirilib. Cəsədlərin başı kəsilmişdi, yalnız Viktorianın 7 yaşlı qızının təcavüzdən sonra bir neçə saat həyatda qaldığı müəyyən edilir.  Yaşlı qızın saçları yolunmuş csədi nənəsinin, babasının və anasının başı ayrılmış bədənlərinin yanında tapılıb. 1922-ci ildə baş verən hadisədə qatil isə hələ də tapılmayıb. Təkcə qatilin silah kimi istifadə etdiyi kürək və qatilin evdən ayrılmazdan əvvəl evdəki bütün heyvanları yemlədiyi müəyyən olunub.
5. YOGTZE-Fall
 
Qida mühəndisi Günter Stoll 1984-ci ildə ölümündən əvvəl arvadına onu mütəmadi olaraq kiminsə izlədiyini deyirdi. Həyat yoldaşı isə ona inanmırdı və buna məhəl qoymurdu. Günter öldüyü gecə xanımı birlikdəykən qəfil “Jetzt geht mir ein Licht auf!” (İndi başa düşdüm) deyə qışqırır və kreslosuna “YOGTZE” yazır, sonra sürətlə avtomobilinə minərək evdən ayrılır.
Gecə saat 3 radələrində Güntherin cəsədi maşınının içində bir şossenin kənarında tapılır.
Güntherin cəsədi tamamilə çılpaq halda olur. Meyitin yarılmasından sonra isə bəlli olur ki, Günther ölməmişdən əvvəl üzərindən başqa bir avtomobil keçib, cəsəd isə oraya sonradan yerləşdirilib. Bu hadisə ilə bağlı da bir çox sual indiyədək cavabsız qalıb, ən çox da kresloya yazdığı “YOGTZE”nin nə məna verdiyi.
6. The Dylatov keçidi hadisəsi
 
Dyatlov keçidi hadisəsi və ya qəzasında 9 xizəkçi Ural dağlarında 1959-cu ilin təxminən 2 fevral gecəsi sirli şəkildə ölür. Hadisə Kholat Syakhl dağının şərqində yerləşən və bu hadisədən sonra qrupun lideri olan İqor Alekseievich Dyatlovun soyadının verildiyi Dyatlov keçidində baş vermişdi.
Tədqiqatçılar xizəkçilərin hadisə gecəsi məlum olmayan bir səbəbdən çadırlarını cıraraq -30°c temperaturda və ağır qar yağışında ayaqyalın halda çadırı tərk etdiyini müəyyən ediblər. Tapılan meyitlərdən ikisinin kəllə sümüyündə, digər ikisinin isə qabırğalarında sınıqlar olub.
Xilasetmə qrupu 26 fevralda isə tərk edilmiş və parçalanaraq istifadəyə yararsız hala gətirilmiş çadırı tapır. Çadırı tapan Mixail Şaravin çadırın parçalandığını və qarla örtülü olduğunu, lakin qrupun əşyalarını və ayaqqabılarını burada qoyduğunu bildirib. Tədqiqatçılar sonradan apardıqları araşdırmalarda çadırın içəridən cırıldığını təsdiq ediblər. Səkkiz nəfərə aid olduğu bildirilən və yalnız corab (və tək bir ayaqqabı) izləri meşə doğru gedirdi. 500 metrdən sonra isə izlər qarla örtülmüşdü. Meşənin kənarındakı sidr ağacının altında yanaraq kül olmuş odunlar və Yuri Krivonişenko və Yuri Doroşenkonun cəsədləri tapılıb.  İkisi də ancaq alt paltarı və corabda olublar. Yandırmağa çalışdığı odunlar isə cəsədlərinin tapıldığı sidr ağacının beş metr yuxarısından sındırılmışdı. Tədqiqatçılar qeyd edib ki, onlar bəlkə də bir şeylərə baxmaq (bəlkə düşərgə və ya qrupun digər üzvləri) üçün ağaca çıxıblar. Tədqiqatçılar sidr ağacı ilə düşərgə arasında üç cəsəd daha tapırlar. İqor Dyatlov, Zina Kolmogorova və Rüstəm Slobodin. Tədqiqatçılar bir-birindən 150 metr məsafə olan bu gənclərin düşərgəyə gedəndə öldüklərini düşünür. Cəsədlər ağacdan müvafiq olaraq 300, 480 və 630 metr məsafədə yerləşir.
Digər dörd gəncin cəsədinə tapmaq isə iki aydan çox çəkir. 4 mayda sidr ağacından 75 metr məsafədə yerləşən cəsədləri isə digərlərindən daha yaxşı geyimdə olub. İlk beş cəsədin, Yuri Krivonişenko, Yuri Doroşenko, İqor Dyatlov, Zina Kolmogorova və Rüstəm Slobodinin hipotermi nəticəsində öldüyü bildirildi. Slobodinin kəllə sümüyündə sınıq müəyyən edilir. Tədqiqatçılar bu sınığın onu öldürməyəcək bir zədəyə yol açdığını qeyd ediblər. Slobodinin yəqin ki, həmin zərbəni aldıqdan sonra huşunu itirdiyi və donaraq öldüyü bildirilib.
Sonrakı dörd cəsəd isə travmatik şəkildə ölmüşdülər. Thibeaux-Brignollelın kəllə sümüyü, Dubinina və Zolotarevin qabırğa sümükləri sınmışdı və Dubininanın dili, gözləri və dodağı yox idi. Dörd cəsədin geyimləri üzərində aparılan tədqiqatda yüksək nisbətdə radiasiyaya rast gəlinib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89288

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2019
BE ÇA Ç CA C Ş B
« Dek    
 123456
78910111213
14151617181920
21222324252627
28293031