Komitə sədrinin qardaşı Bakıdakı biznesini xaricə köçürür — EKSKLÜZİV

28.02.2017 - 10:00

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş prezidenti Tağı İbrahimov Azərbaycandakı biznes obyektlərini Rusiya və Türkiyəyə köçürür.

Cumhuriyyet.az -ın əldə etdiyi məlumata görə, Tağı İbrahimova məxsus olan “İBRA Holdinq” və “Nehrəm Holdinq” hazırda ciddi maliyyə böhranı keçirir.

Hətta, maddi vəziyyəti o qədər ağırdır ki, sözügedən holdinqlərə daxil olan bir neçə şirkət bağlanıb. Bakının Nərimanov, Səbael və Yasamal rayonlarında Tağı İbrahimova məxsus digər obyetklər isə satışa çıxarılıb.

Bakının Yusif Səfərov küçəsindəki “Araz” mehmanxanasının bu yaxınlarda qəfil sökülməsindən sonra Tağı İbrahimovun da öz biznesini Türkiyəyə köçürtməyə qərar verdiyi deyilir.

Əldə etdiyimiz məlumata görə, iş adamı Türkiyə ilə yanaşı Rusiya və İsrailə də investisiya yatırmağa hazırlaşır. Tağı İbrahimova məxsus şirkətlərin Rusiyada informasiya kommunikasiya texnologiyaları, İsraildə isə tikinti-inşaat sahələri bazarında fəaliyyət göstərəcəyi söylənilit.

Qeyd edək ki, Tağı İbrahimov “Hacı İbrahim Nehrəmli” kimi tanınan məşhur biznesmen İbrahim İbrahimovun da qardaşıdır.

(Ölkə.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89324

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930