“Nəqliyyat canavarı” bayramları niyə bu qədər sevir? qanlı statistika – 11 ölü…

27.03.2017 - 09:48

“Nəqliyyat canavarı” bayramları niyə bu qədər sevir?

Martın 19-dan 25-dək respublikanın avtomobil yollarında 32 yol qəzası olub. Bu qəzalar nəticəsində 11 nəfər ölüb, 52 nəfər xəsarət alıb. Xəbəri Baş Dövlət Yol Polisi İdarəsi yayıb. Təkcə martın 24-də 10 qəza baş verib. Həmin qəzalarda 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Psixoloqlar iddia edir ki, bayram tətillərində qəzaların sayının artması insanların daxilindəki doğmalarına qovuşma arzusundan qaynaqlanır. Bu isə yüksək sürət, yol hərəkət qaydalarını pozmaq hesabına mənzilbaşına tez çatma cəhdi ilə müşayiət olunur. Reklam dünyası hər gün inkişaf edən, yeni texnologiyadakı maşınları tərifləməkdən doymur. Amma bu, “texnologiya xarüqəsi”nin ölüm aparatına çevrilməsinin qarşısını ala bilmir. Demək ki, maşınların mükəmməl olması çox da işə yaramır. İnsan faktoru ön plana çıxır.
Statistika göstərir ki, yol qəzalarının 50 faizi insanlardan qaynaqlanır və daha çox 18-24 yaşlı sürücülər tərəfindən törədilir. Bu yaş qrupundakı gənclərin qəzaya yol vermə faizi digər yaş qruplarından 3 dəfə artıqdır. Yaşla bağlı olan bir başqa risk qrupu da 65 yaşdan böyük olan sürücülərdir. Bu yaş qrupu üçün qəzaya səbəb olan faktorlar gənc sürücülərinkindən fərqlidir. Çünki bu qrupdakılar da avtomobili idarə etmə qabiliyyətinin pozulması, yavaşlaması və hissiyyat orqanlarının da zəifləməsi ucbatından qəzaya meyllidirlər.
Qəzalara səbəb olan ikinci ünsür maşınlardır. Son illər istehsal olunan maşınların köhnələrlə müqayisədə təhlükəsizlik sistemi çox daha yaxşı inkişaf etsə də, məhz sürətli olmaları ucbatından sürücülərdə özünə güvəni artırır və bu da qəzalara səbəb olur. Üçüncü səbəb isə yollarla bağlıdır.

Yeni inşa olunan yollar avtomobillərin inkişaf sürəti ilə ayaqlaşmır. Statistik araşdırmalar göstərib ki, bayram günlərində baş verən qəzalar daha çox bayramın ilk və son günlərində pik həddinə çatır. Onların 52 faizi 12.00-16.00 radələrində yaşanır. Qəzaların 29 faizi maşının sürətini yol və hava şərtlərinə uyğunlaşdırmamaq, 21 faizi qovşaq və döngələrdə maşının sürətini azaltmamaq ucbatından yaşanıb. Yəni toplam qəzaların 50 faizi yüksək sürətdən qaynaqlanır. Səhv dönüş və ya manevr etmək qəzaların 15 faizinin səbəbidir.
Mütəxəssislər qəzanın qarşısını almaq üçün bəsit çıxış yolları göstərir: 1. Yola çıxmazdan öncə maşınınızı tam yoxlamadan keçirin. 2. Səyahət istiqamətindəki yollar barədə məlumata sahib olun. 3. Hər iki saatdan bir 15 dəqiqə istirahət edin. 4. Sürmə zamanı bol-bol su için, kondisionerdən fasiləsiz istifadə etməyin, pəncərələri zaman-zaman açıb, içəridəki havanı dəyişin. 5. Arxadakı və öndəki maşınla aranızdakı təqib məsafəsini qoruyun.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91242

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930