Azərbaycan-İran sərhədində İNSİDENT

27.03.2017 - 11:42

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən dövlət sərhədinin pozul­masının və külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, martın 19-da saat 21:48 radələrində Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd edən iki nəfər sərhəd pozucusu aşkar edilib. Təqib olunan sərhəd pozucuları sərhəd naryadının “dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq üzərlərində olan qaçaqmalı ataraq havanın qaranlıq olmasından və sərhəd xəttinə yaxın olmalarından istifadə edərək geriyə qaçmağa müvəffəq olublar. Xidməti ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 546 konvolyut “T-DOOL”, 300 konvolyut “Pregabalin,” 930 konvolyut “FOX DOL”, 30 konvolyut “Methadone”, 500 konvolyut “T-DOLL 200 ml”, 1000 ədəd “Mydrax” markalı psixotrop preparatları, 15 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb.

Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması məqsədilə müqabil tərəf məlumatlandırılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91252

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930