Bakı-Sumqayıt şosesində 6 tələbənin ölümünə səbəb olan sürücü BARƏDƏ QƏRAR VERİLDİ

27.03.2017 - 11:44

Bakı-Sumqayıt şosesində 6 nəfərin ölümü ilə nəticələnən qəzaya səbəb mikroavtobusun sürücüsü barəsində həbs qətimkan tədbiri seçilib.

Cumhuriyyet.az  xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən bildirilib.

Belə ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 50-BN-132 dövlət qeydiyyat nişanlı “Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

İdarədən, həmçinin bildirilib ki, hadisə zamanı yol kənarında dayanmış “ZİL” markalı yük maşınının sürücüsü Şəmistanlı Elvin Eldar oğlu istintaqa cəlb edilib.

Qeyd edək ki, “Ford” markalı mikroavtobus hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış “ZİL” markalı yük maşınına çırpılıb. Nəticədə Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə ölüb, daha 20 tələbə yaralanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91254

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930