Millət vəkilindən jurnalistin təklifinə dəstək

05.04.2017 - 20:50

Fazil Mustafa: “Mediaya yönəlik cərimələr simvolik olmalıdır”

 

Bir müddət bundan öncə jurnalist Seymur Əliyev media orqanları və media əməkdaşlarına qarşı məhkəmələr tərəfindən böyük məbləğdə cərimələrin tətbiq edildiyini əsas gətirərək maraqlı təkliflə çıxış edib. Jurnalist həm redaksiyalar, həm də jurnalistlərin sərbəst fəaliyyəti üçün ciddi əngəl yaradan, onların büdcəsini aşan bu cərimələri önləmək üçün qanunla cərimələrin maksimal məbləğinin  müəyyənlədşirilməsi təklifi ilə çıxış edib. (http://www.moderator.az/news/172478.html ).

Qanunla cərimələrin maksimal məbləğinin müəyyənləşdirilməsinə ehtiyac varmı? Belə bir yeniliyin tətbiqi nə dərəcədə zəruridir?

Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa yüksək cərimələrin əleyhinə olduğunu vurğuladı:

“Hər halda bu, təsdiq olunmalıdır. Çünki başqa cür bunun qarşısını almaq mümkün deyil. Bəzən elə böhtan, yaxud şərəf və ləyaqəti təhqir edən elə məqalələr işıqlandırılır ki, bunu başqa cür önləmək olmur. Amma məbləğlər böyük məbləğlərdir. Bu, simvolik xarakter daşımalıdır. Çünki yalan informasiya yayan, böhtan atan materiallar onu dərc edən media qurumlarının özlərinin nüfuzuna mənfi təsir edir. Məhkəmə qərarı ilə onların böhtan atmalarının öz təsdiqini tapması, bu media orqanlarının nüfuzuna daha böyük zərbədir. Məncə, media orqnalarına qarşı yüksək məbləğliu iddialar qaldırılmamalı, cərimələr simvolik olmalıdır. Belə olarsa, media qurumları daha məsuliyyətli davranmağa məcbur olarlar. Media orqanları tələb olunan cəriməni ödəmək iqtidarında deyillərsə, məhkəmələr tərəfindən bu cür cərimələrin kəsilməsinin də bir mənası qalmır”.

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=92097

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930