Qrip virusu məqsədli şəkildə yayılır? – Azərbaycanlı ekspertlər açıqladı

24.04.2017 - 01:15

İlin müəyyən vaxtlarında dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda qrip virusu geniş şəkildə yayılmağa başlayır və bir müddət davam edir. Qrip bir çox hallarda ağır keçdiyindən insanlar həkimə müraciət etməyə, müxtəlif dərman vasitələrindən istifadə etməyə məcbur olurlar.
Cəmiyyətdə belə bir fikir də formalaşıb ki, qrip virusu dərman istehsal edən iri beynəlxalq şirkətlər tərəfindən dərman vasitələrinin satılması üçün məqsədli şəkildə yayılır. “A24.az”ın məlumatına görə, məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə deyib ki, bu iddiaların heç bir əsası yoxdur: “Bu heç bir halda məntiqə sığan iddia deyil. Dərman şirkəti qripi necə yaya bilər?! Və yaxud da belə bir hərəkətin ağır cinayətə bərabər olduğunu hər kəs bilir. Bu baxımdan bu heç bir əsası olmayan iddiadır”.
M.Quliyev bildirib ki, qrip virusu, o cümlədən digər hava damcı infeksiyaları fəsil dəyişən zaman aktivləşir: “Ötən ilin sonu və bu ilin əvvəlində dünyada qrip epidemiyası yayıldı. Azərbaycanda da bu virus xeyli yayıldı, ancaq geniş epidemiya xarakteri almadı”.
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev da qripin qəsdən yayılması ilə bağlı iddiaların əsassız olduğunu bildirib. O qeyd edib ki, qrip xəstəliyi mövsümi xarakter daşıyır. İ.Ağayevin sözlərinə görə, ekvatorun ətrafında yerləşən ölkələrdə qrip yayda da yayılır: “Qrip törədici virusdur və o da müəyyən vaxtlarda aktivləşir. Qrip virusunun qəsdən yayılması mümkünsüzdür. Sadəcə insanlar özlərini qripdən qorumalıdırlar. Əgər kimsə qrip tutursa, onunla bir otaqda oturan, özünü qorumayan insan da təbii ki, qripə yoluxacaq. Bu qəsdən yoluxma deyil ki”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=92984

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930