İcra başçısının işdən çıxarılan müavini “yoxa çıxıb”

24.04.2017 - 19:35

“Tovuzun icra başçısının I müavini Mahir Həsənovun işdən çıxarılması ilə bağlı məlumatlar doğrudur”

Bunu Tovuz rayon İcra Hakimiyyəti başçısının mavini Niftalı Qasımov deyib.

Mahir Həsənovun işdən çıxarılmasını təsdiqləyən N.Qasımov keçmiş həmkarından xəbərsiz olduğunu bildirib.
“Onun işdən çıxma səbəbini dəqiq bilmirəm. Doğrudur, bu barədə qərar verilib, o, artıq vəzifədə deyil. Mahir müəllimlə əlaqə saxlamağa cəhd edirəm, lakin onun heç bir nömrəsinə zəng çatmır. Hazırda harada olduğunu bilmirik”,-deyə icra məmuru vurğulayıb.

Rayon İcra Hakimiyyətinin digər vəzifəli şəxsləri də Mahir Həsənovun harada olmasından xəbərsizdirlər. Onun Tovuzda olmadığı bildirilir.

Qeyd edək ki, Tovuz rayon icra başçısının müavini müavini Mahir Həsənovun vəzifəsindən sui-istifadə edərək külli miqdarda pulu mənimsədiyinə görə işdən qovulduğu bildirilir. (azvision)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=93050

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930