SOCAR Azərbaycanda neft hasilatının hər il 7-10 faiz azaldığını açıqladı

25.04.2017 - 16:47

Azərbaycanda neft hasilatı hər il 7-10% azalır”. Bunu bu gün Bakıda keçirilən II Beynəlxalq “Xəzər və Mərkəzi Asiya – Neft Emalı, Neft-kimya, Ticarət və Logistika” forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

“Bu, təbii prosesdir. Biz bunun qarşısını almağa çalışırıq. 2020-ci ildə neft hasilatının sabitləşməsini gözləyirik. Bu da əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi ilə bağlı imzalanacaq yeni müqavilə ilə əlaqəli olacaq. Azərbaycanın imza atdığı neft müqavilələrinin şərtləri dəyişməyib və bu amil xarici investorlar üçün çox əlverişlidir. “Əsrin Müqaviləsi” imzalananda neftin 1 barelinin qiyməti 12 dollar, 1996-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri işə salınarkən 60 dollar, “Şahdəniz” yatağı işə salınarkən isə 92 dollar idi. Qiymətlərin belə dəyişməsi xarici investorların bizim layihələrə marağını azaltmayıb”, – deyə V.Bəylərbəyov bildirib.

SOCAR rəsmisi qeyd edib ki, bu günə qədər Azərbaycanın neft sektoruna 220 mlrd. dollarlıq investisiya qoyulub ki, Dövlət Neft Fondu bu layihələrdən 120 mlrd. dollar gəlir əldə edib. (APA)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=93092

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930