Yasamalda qalmaqallı söküntünün təfərrüatları… – VİDEOREPORTAJ, FOTOLAR

25.04.2017 - 17:16

Yasamal rayonu, Hüseyn Cavid prospektində ötən gün gecə saatlarında gərgin anlar yaşanıb. Belə ki, sözügedən ünvanda bir müddətdir ki, yaşayış binasının sökülməsi ilə bağlı sakinlərlə danışıqlar aparılsa da, onlar təklif edilən qiymətlə razılaşmayıblar.

Buna baxmayaraq, ötən gün axşam saatlarında ağır texnikanı əraziyə gətirərək, binaları sökməyə cəhd ediblər. Bu zaman sakinlərlə söküntü işlərini aparanlar arasında qarşıdurma yaşanıb.

Bu hadisənin ardından bu gün musavat.com-un müxbiri hadisə yerinə baş çəkib.

Sakinlər bildiriblər ki, ərazini almaq istəyən “Olympus Park” yaşayış kompleksinin sahibidir. Həmin şəxs sakinlərin evinin sökülməsi müqabilində kompensasiya ödəmədən evləri sökmək istəyir.

Sakinlərin etirazına baxmayaraq, şirkət Hüseyn Cavid 74 ünvanında məskunlaşan Gülmirzə Həsənova məxsus 110 kvadratmetrlik evi söküb. Ailə gecəni bayırda gecələməli olub. Həmin ərazidə yaşayan təqribən 10 ailə də şirkətin onlara təklif etdiyi kompensasiya ilə razılaşmadığını, buna görə də təhdidlərə məruz qaldıqlarını dedilər.

Ərazidə olduğumuz zaman söküntü aparan “Olympus Park” şirkətinin işçiləri ilə sakinlər arasında qalmaqal yaşandı. Sakinlər söküntü aparılan ərazinin qapadılmasının qarşısını almağa çalışıblar.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Məğrur Mərd,
Musavat.com,
Fotolar və video müəllifindir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=93096

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930