İslamiada: Azərbaycan yığması 22 medal qazandı – CƏDVƏL

14.05.2017 - 09:33

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə ilk medallar sahiblərini tapıb.

Cumhuriyyet.az xəbər verir ki, dünən açılış mərasimi keçirilən yarışda 30 medal dəsti oynanılıb.

Ağır atletika, cüdo, bədii gimnastika, üzgücülük, atıcılıq, karate və paracüdo üzrə qaliblər müəyyənləşib. Azərbaycan yığması günü uğurla başa vurub.

Millimiz medal sayında 1-ci yeri ələ alıb. Yığmamız buna 22 medal qazanmaqla nail olub. İdmançılarımız günü 10 qızıl medalla tamamlayıb. Ruslan Lunyov (atıcılıq, tapança, 25 m), Orxan Səfərov (cüdo, 60 kq), Nicat Şıxəlizadə (cüdo, 66 kq), Erdenebat Bazarraqça (cüdo, 48 kq), Fəridə Abıyeva (karate, 61 kq), Hidayət Heydərov (cüdo, 73 kq), Rafael Ağayev (karate, 75 kq), bədii gimnastika yığması (Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova), Afaq Sultanova (paracüdo, 57 kq) və Ramilə Kaştayeva (paracüdo, 70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Komandamız 9 gümüş medal qazanmağa nail olub. Məhz bu da yığmamızla eyni sayda – 10 qızıl əldə edən Türkiyəni arxada qoymaq imkanı verib. İdmançılarımızdan Şəfəq Əmrahova (atıcılıq, səngər stendi), İlahə Qasımova (karate, 55 kq), Aişə Qurbanlı (cüdo, 48 kq), Nəzakət Əzizova (cüdo, 52 kq), Kifayət Qasımova (cüdo, 57 kq), Rüstəm Orucov (cüdo, 73 kq), Xanim Hüseynova (cüdo, 63 kq), Sevda Vəliyeva (paracüdo, 57 kq) və Turanə Əliyeva (paracüdo, 70 kq) İslamiadanın ikincisi olublar.

Səbinə Əzimova (ağır atletika, 53 kq), Nuranə Əliyeva (karate, 50 kq) və Firdovsi Fərzəliyev (karate, 60 kq) isə ölkəmizin hesabına bürünc qazandırıb.

Ümumiyyətlə, ilk gündə medalların əyarında Azərbaycan öndə olubsa, ümumi sayda Türkiyə liderliyi ələ alıb – 27 mükafat. Sahibini tapan 102 medala isə 17 ölkə idmançıları yiyələnib. Çempionluq sevincini isə yalnız 8 ölkədən olan atletlər yaşayıb. (apasport)

yer Ölkə Qızıl Gümüş Bürünc Cəmi
1 Azərbaycan 10 9 3 22
2 Türkiyə 10 7 10 27
3 İndoneziya 2 6 5 13
4 Əlcəzair 2 3 4 9
5 İran 2 2 4 8
6 İordaniya 2 0 0 2
7 Özbəkistan 1 1 6 8
8 Misir 1 0 1 2
9 Pakistan 0 1 1 2
10 Banqladeş 0 1 0 1
11-12 Qırğızıstan 0 0 2 2
Tunis 0 0 2 2
13-17 Fil Dişi Sahili 0 0 1 1
Qazaxıstan 0 0 1 1
Qətər 0 0 1 1
Mərakeş 0 0 1 1
Suriya 0 0 1 1
Cəmi 30 30 43 103
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=94087

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930