Mənsimov futbolda dava saldı – Klub rəhbəri şalvarını islatdı

17.05.2017 - 15:57

Türkiyə superliqasının son turunda “Beşiktaş”ın səfərdə “Bursaspor”la qarşılaşdığı oyunda protokol tribunasında azərbaycanlı iş adamı Mübariz Mənsimov da yer alıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, azərbaycanlı milyonçu İstanbul klubunun prezidenti Fikrət Ormanla birgə qarşılaşmanı izləyib. Oyunun ilk hissəsində rəqibin müqavimətini qıra bilməyən “Beşiktaş” tərəfdarları xeyli həyəcanlanıb və hətta protokol tribunasındakı şəxslər də matçı ayaq üstə izləməyə başlayıb. Bu isə qarşı tərəfin etirazına səbəb olub. Nəticədə tərəflər arasında insident yaranıb.
Bildirilir ki, M.Mənsimov “Bursaspor” nümayəndələrinin ünvanına təhqiramiz ifadələr işlədib. Buna görə də dava-dalaş düşüb. Hətta onun ağır sərxoş vəziyyətdə olduğu iddia edilib.
Türkiyə mətbuatı dava-dalaş zamanı “Beşiktaş” prezidenti Fikrət Ormanın şalvarını islatdığını da qeyd edib və bəzi fotoları yayıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=94195

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930