Hökumətin kəskin ixtisar planı: 140 min məmur işsiz qalacaq…

19.05.2017 - 12:33

Azərbaycanda struktur islahatları çərçivəsində kəskin ixtisarlar gözlənilir. . Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, bəzi nazirlik və dövlət komitələrinin ləğvi, birləşdirilməsi və yenidən təşkili nəzərdə tutulur: Ən başlıcası isə struktur dəyişiklikləri kəskin ixtisarlarla zəngin olacaq. Yeni strukturlar daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq”.

Mənbənin məlumatına görə, proses ilin ikinci yarısından başlayaraq ilin sonuna qədər davam edəcək: “2018-ci ilin dövlət büdcəsi layihəsinin də bu dəyişikliyə uyğun hazırlanması tapşırılıb. İdarəetmə strukturlarında çalışan 140 minə yaxım məmur iş yerini itirəcək.”

Yada salaq ki, bir qədər öncə baş nazirin müavini Əli Əhmədov dövlət idarəçiliyindəislahatların anonsunu vermişdi: 2015-ci ildə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində 287,3 min nəfər çalışıb. Eyni zamanda, bu sahədə çalışanların sayında artım hiss olunmaqdadır. 2010-cu ildə dövlət idarəçiliyində çalışanların sayı 279 min nəfər olub. Ayrı-ayrı ölkələrdə dövlət idarəçiliyində çalışan işçilərin müqayisəsi onların əhalinin hər 10 min nəfərinə düşən sayı əsasında həyata keçirilir. “Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür (ordu və təhlükəsizlik xidmətlərində çalışanlar da buraya daxildir). Söhbət həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir. Zəruri, optimal həddə ixtisarların aparılması ilə yanaşı yeni idarəetmə, o cümlədən inzibati-ərazi idarəetmə formalarının tətbiq edilməsi günün aktual probleminə çevrilib. İdarəçilik metodlarının təkmilləşdirilməsi, daha müasir formaların sınaqdan keçirilməsi bu sahədə arzuolunan islahatların digər istiqamətini təşkil edir. Dövlət idarəçiliyi aparatı nəinki sayca optimal olmalı, habelə çevikliyi, qərarların qəbulu müddətinin minimuma endirilməsi kimi keyfiyyətləri ilə seçilməlidir”.

Görünən budur ki, hakimiyyət məmur sayını 50 daizə yaxın azaltmaq niyyətindədir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=94279

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930