DİN suyu kəsəcək

11.07.2017 - 18:00

Azərbaycanda “Sudan istifadə Qaydaları”na dəyişikliklər edilib. Yeni dəyişikliyə əsasən, istehlakçıları xəbərdar etmək şərtilə, onların su təchizatının dayandırılması halları artırılıb

Cumhuriyyet.net Trend-ə istinadən xəbər verir ki, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında istehlakçıların su təchizatı istehlakçını mütləq qaydada xəbərdar etmək şərtilə dayandırıla bilər.

Hazırda istehlakçının müvafiq yazılı müraciəti, tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutarlarının təmizlənməsinə ehtiyac yarandıqda, su mənbəyində səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda, istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar dövlət standartlarının tələblərinə cavab vermədikdə, məişət (təsərrüfat) – içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda, məhkəmənin müvafiq qərarı olduqda istehlakçının su təchizatı dayandırıla bilər.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96307

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31