“Azərbaycan” nəşriyyatının qarşısına parkomat qoyuldu – Jurnalistlər etiraz etdilər

12.07.2017 - 16:19

Dünəndən “Azərbaycan” nəşriyyatın qarşısına parkomat qoyulması burada çalışan jurnalistlərin narazılığına səbəb olub

Modern.az xəbər verir ki, bu haqda xəbəri ictimailəşdirən “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili etiraz əlaməti olaraq, parkomata pul verməyəcəyini bəyan edib.

“Şəxsən mən o maddi durumda deyiləm ki, işə gəlib maşın saxladığıma görə gündə 20-30 manat ödəyim”.
Baş redaktor bu məsələyə görə Bakı Şəhər İcra Hakimiyyətini qınayıb. “Azərbaycan” nəşriyyatında çalışan jurnalistlər A.Mərzilini müdafiə edərək etiraz etməyə başlayıblar. Onlar Bakı meriyasına müraciət edərək parkomatın yığışdırılmasını  istəyiblər.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=96397

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31